Sabirabadda yaxın günlərdə kütləvi çiyid səpininə start veriləcək
Sabirabad, 11 aprel Mahir Babayev, AZƏRTAC
Sabirabadda cari təsərrüfat ilinin məhsulu üçün yazlıq bitkilərin əkini uğurla davam edir.
Rayonun Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları indiyədək 7 min 816 hektar sahəyə toxum səpiblər. Səpin aparılan sahələrin 74 hektarını dənli-paxlalı bitkilər, 2 min 506 hektarını yonca, 1242 hektarını kartof, 1635 hektarını tərəvəz, 1981 hektarının bostan bitkiləri, 14 hektarını şəkər çuğunduru və 364 hektarını isə dən üçün qarğıdalı sahəsi təşkil edir. Əkinçilər, həmçinin pambıq əkini üçün 9 min 300 hektar sahədə şum aparıb, arata qoyub və malalayıblar. Artıq rayonun ayır-ayrı inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə fəaliyyət göstərən bəzi “ağ qızıl” ustaları çiyid səpininə başlayıblar. Yaxın günlərdə rayonda kütləvi çiyid səpininə start veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]