Sablyaçılarımız dünya kubokunun mərhələ yarışını səkkizinci pillədə başa vurublar
Bakı, 7 mart, AZƏRTAC
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Yunanıstanın paytaxtı Afinada keçirilən dünya kubokunun mərhələ yarışında iştirakını başa vurub.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Anna Başta, Sevil Bünyatova, Palina Kaspiaroviç və Valeriya Bolşakovadan ibarət kollektiv komanda yarışında ilk görüşündə Argentina yığmasına 45:26 hesabı ilə qalib gəlib.
Komandamız ardınca ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Polşa millisini 45:39 hesabı ilə məğlub edib.
Sablyaçılarımız yarımfinala yüksəlmək uğrunda keçirilən qarşılaşmada Fransa seçməsinə 24:45 hesabı ilə uduzublar.
Yığmamız 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə İspaniya (40:45) və Yunanıstan millilərinə (29:45) məğlub olaraq turniri səkkizinci sırada başa vurub. Hazırda qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız dünya reytinqində yeddinci sırada qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:01]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]