Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sadə bir dildə “Əmək və Məşğulluq” altsistemi nədir?

Bakı, 13 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir neçə gün öncə, daha dəqiq desək, mayın 5-də özünün “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) təqdimatını həyata keçirdi.

Bu sistemin bir sıra vacib funksiyaları, mahiyyəti, əhəmiyyəti haqqında AZƏRTAC-a Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili və inkişafı departamentinin müdiri Elman Sadıqov danışıb.

Azərbaycan Respublikasının Məşğulluq haqqında Qanununun 1.1.6-cı bəndinə uyğun olaraq, işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir.

Həmin Qanunun 1.1.7-ci bəndinə uyğun olaraq, işaxtaran - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) münasib iş üçün və bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxsdir.

Daha sadə dillə desək, işsiz heç bir işi və qazancı olmayan şəxsdir. İşaxtaran isə işləyir, müəyyən qazancı var, lakin özünə daha yüksək maaşlı, daha münasib, daha yaxşı iş axtaran şəxsdir.

İşəgötürənlər üçün əsas faydalarından birinin təqdimatda da qeyd edildiyi kimi işçi ilə rəsmi münasibətlər, sənədləşmələr kağız daşıyıcılarından elektron formaya keçməsidir. Ən əsası isə, ölkə üzrə bütün vakansiyalar vahid bir platformada görünəcək. Vakansiyaların vahid bir platformaya keçidi həm işsizlər, həm işaxtaranlar, həm də özəl işədüzəltmə şirkətləri üçün də maraq kəsb edəcək və vakansiyaların axtarışı daha cəlbedici, daha operativ və əlçatan olacaq. İşəgötürənlər indiyə qədər müxtəlif səbəblərdən vakansiyalarının yalnız müəyyən bir hissəsini vakansiya bankına yerləşdirirdilər. Həmin yerləşdirilən vakansiyaların da bir hissəsi ya gec yerləşdirilir, ya da məlumatlar natamam olurdu. Yeni sistemdə isə şirkətin ştat vahidləri, əmək müqavilələri və sair sistem üzərindən həyata keçirildiyi üçün vakansiyalar sistemdə avtomatik əks olunacaq. Lakin bunun əvəzində işəgötürənlərə öz imkanları hesabına işçi tapmağı planlaşdırdıqları vakansiyaları aktiv və ya passiv etmək imkanı verilir. Bu, işəgötürənin haqqıdır. Lakin vakansiyaların passiv edilməsi üçün sistem əsaslandırma tələb edəcək. Bu sistem nəticəsində işəgötürənlərin əmək prosesləri, inzibatçılıq ilə bağlı bürokratik prosedurları minimuma enəcək. İnsan resursları inzibatçılıq səviyyəsindən həqiqi kadr idarəçiliyi və kadrların inkişaf etdirilməsi, onların peşəkarlığının artırılması səviyyəsinə yüksələcək.

Sistemin əsas hədəf və vəzifələrindən biri işəgötürənlərlə işsiz və işaxtaranları vahid platformada birləşdirməkdir. Bütün işəgötürənlərin vakansiyalarının əks olunduğu sistem işsiz və işaxtaranlar üçün cəlbedici olduğundan işsiz və işaxtaran kimi qeydiyyatdan keçmək, orada hər bir işsiz/işaxtaranın özünə kabinet yaratması daha geniş yayılacaq. Bu isə işəgötürənlərə öz vakansiyaları üçün uyğun namizədi, işsiz/işaxtaran vətəndaşlara isə uyğun işi daha qısa müddətə tapmağa imkan verəcək. Bu işəgötürənlərlə işsiz/işaxtaranlar arasında çox faydalı və vacib kəsişmə nöqtəsi olacaq. Bu kəsişmə nöqtəsi növbəti mərhələdə avtomatik uzlaşdırma (matching) prinsipi ilə işləyəcək. Yəni, sistemin özü vakansiyanın tələblərinə cavab verən namizədi vətəndaşların məlumatlarını təhlil etməklə insan müdaxiləsi olmadan müəyyənləşdirib işəgötürənə təqdim edəcək.

İndiyə kimi əmək bazarında işçi və işədüzəltmə prosesləri paralel gedirdi, kəsişmə nöqtələri ya təsadüfən, ya gec olurdu, ya da heç baş vermirdi. Yəni, işəgötürən işçi axtarır, tələblərinə uyğun gələn işçi isə başqa istiqamətlərdə iş axtarır, həmin vakansiyanı və axtarışı görmürdü. Nəticədə ya işəgötürən digərlərinə nisbətən daha yaxşı prinsipi ilə ona müraciət edən namizədi seçir, ya da bir sıra hallarda uyğun namizəd tapmadığı üçün vakansiya boş qalırdı. Bir sıra hallarda isə sahibkar həqiqətən savadlı kadr axtarmasına baxmayaraq hansısa subyektiv amillər səbəbindən həmin sahibkara mövcud vakansiyalara layiqli deyil, fərqli parametrlər üzrə seçilən namizədlər təqdim edilirdi. Sistemin əsas funksiya və vəzifələrindən biri də bu sahədə şəffaflaşmanı daha da artırmaqdır.

Sistem həm işəgötürən və işsiz/işaxtaranlar arasında avtomatik uzlaşmanı həyata keçirəcəksə, həm də bütün vakansiyalar və işsiz/işaxtaranların reyestri vahid platformada əks olunacaqsa, o halda özəl işədüzəltmə şirkətləri hansı funksiyaları həyata keçirəcəklər?

-Bu sistem peşəkar işədüzəltmə şirkətləri üçün də faydalı olacaq. Əvvəla, sistem nə qədər avtomatik uzlaşma həyata keçirsə də, bütün vakansiyalar üzrə işçi tapılması ehtimalı bu gün 50 faiz ətrafında olacaq. Çünki əmək bazarında hazırda işəgötürənlərin tələbləri ilə işsiz/işaxtaranların imkanları 60 faiz ətrafında uyğunluq təşkil edirsə, yaxın gələcəkdə bu uzlaşmanın getdikcə azalacağı ehtimalı yüksəkdir. Əmək bazarı dəyişir, texnologiyalar inkişaf edir, işəgötürənlərin tələbləri artır. Bu məsələyə müəyyən dərəcədə son çıxış və müsahibələrimdə toxunmuşam və bu mövzu səbəbləri də təhlil olunmaqla daha geniş şəkildə davam etdiriləcək. Sistemin tapa bilmədiyi işçiləri isə işədüzəltmə şirkətləri axtarıb tapa bilər. Sözün həqiqi mənasında, ölkədə “beyin ovu” (“headhunting”) dünyanın inkişaf etmiş və etməkdə olan ölkələrində olduğu kimi daha peşəkar müstəviyə çıxa bilər. Özəl işədüzəltmə şirkətləri həm də vahid platforma üzərindən bütün mövcud vakansiyaları daha peşəkar, operativ təhlil edərək öz fəaliyyət imkanlarını artıra, yəni daha çox kadr axtarışı, işədüzəltmə həyata keçirə bilərlər. Qeyri-peşəkar, bir çox hallarda dələduzluq edənlər isə bu rəqabətə tab gətirə bilməzlər. Həm də nəzərə alaq ki, avtomatik uzlaşma sistemdə işəgötürənlərin qeydiyyatları, əmək müqavilələri və ştat vahidlərini yerləşdirməsi və əlavə olaraq, kifayət qədər işsiz/işaxtaranların qeydiyyatdan keçmələrindən sonra tədricən funksional olacaq. Bu müddətdə isə peşəkar işədüzəltmə şirkətləri sistemə adaptasiya olaraq öz fəaliyyətlərini düzgün istiqamətlərdə quracaqlar.

Öncəki çıxış və müsahibələrimdə də qeyd etdiyim kimi, Dövlət Məşğulluq Agentliyinin əsas funksiyası işsizlikdən sığorta ödənişi və işədüzəltmədir. Başqa sözlə, işəgötürənlə işsiz/işaxtaran arasında körpü, vasitəçi rolu oynamaqdır. Bu vasitəçilik zamanı işəgötürənin tələbinə uyğun gəlməyən işsiz vətəndaşın peşə hazırlığını və əmək bazarında muzdlu iş tapmayan müəyyən sayda (xüsusilə həssas qruplardan olan) işsizlər üçün əmək bazarının tələbləri də nəzərə alınmaqla özünüməşğulluq proqramlarını da həyata keçirir. Yəni, Dövlət Məşğulluq Agentliyinin əsas funksiya və vəzifələri işəgötürənlə işsiz/işaxtaran arasında onların bir-birlərini tapana qədər olan mərhələni əhatə edir. Daha sadə dillə desək əmək müqaviləsi imzalanana qədər olan münasibətlər, proseslər və prosedurlardır. “Əmək münasibətləri dəyişir” dedikdə bu mərhələ nəzərdə tutulur. Əmək münasibətlərinin növbəti mərhələsi isə əmək müqaviləsi imzalandıqdan sonra başlayır ki, bu da əmək məcəlləsi, digər qanunvericilik aktları, bağlanmış əmək müqaviləsinin şərtləri ilə tənzimlənir. Buna isə Dövlət Məşğulluq Agentliyi deyil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və digər orqanlar (məhkəmələr və sair) nəzarət edə, tənzimləyə və ya müdaxilə edə bilər.

ƏMAS-ın tətbiqi ilə Dövlət Məşğulluq Agentliyi əmək bazarında əmək müqaviləsi imzalanana qədər olan münasibətləri, proses və prosedurları planlaşdırdığı mərhələlərlə, lakin fraqmental olaraq deyil, konseptual olaraq dəyişməyi öz qarşısına əsas hədəflərindən biri kimi qoymuşdur və bu dəyişikliklər tədricən həyata keçiriləcək.

Sistem əmək bazarının növbəti illərdə daha dərin təhlilinə imkan yaradacaq. Yəni, sistemdə qeydiyyatlar həyata keçirildikdən, vakansiyaların yaranma və dolma proseslərindən, müraciətlərdən, saylardan, proseslərdən sonra kifayət qədər çoxlu data, məlumat bazaları formalaşacaq ki, bunlar da əmək bazarının statik (mövcud vəziyyəti) təhlili ilə yanaşı, həm də dinamik (baş verən dəyişikliklər) təhlilini də aparmaq imkanı yaradacaq. Bu isə əmək bazarındakı trendləri, tendensiyaları, riskləri, çağırışları daha obyektiv şəkildə müəyyən etməyə və tədbirlər görməyə imkan verəcək.

Ən əsası isə sistemin kifayət qədər dərin və geniş olacağı nəzərdə tutulub. Çoxlu məlumatların yığılması, qeydiyyatların həyata keçirilməsi, müəyyən müddət sistemlə işləməyin istifadəçilər tərəfindən mənimsənilməsi və nəhayət təhlillər üçün kifayət edəcək məlumat bazalarının formalaşması müəyyən vaxt və səbir tələb etsə də, ən azı növbəti ildən etibarən nəticələr böyük ehtimalla addım-addım özünü göstərəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub