“SAĞLAMLIQ-2007” RESPUBLİKA SPARTAKİADASININ QALİBLƏRİ MÜKAFATLANDIRILMIŞLAR
AZƏRTAC xəbər verir ki, noyabrın 12-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində bu qurumun, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsi və “Spartak” Könüllü Bədən Tərbiyəsi-İdman Cəmiyyəti Respublika şurasının rəyasət heyətilərinin birgə qərarı ilə təşkil etdiyi “Sağlamlıq-2007” respublika spartakiadasına yekun vurulmuşdur.
Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirmişdir ki, yarışların keçirilməsindən məqsəd bu sahədə çalışanların sağlamlığının qorunması və onların fiziki cəhətdən möhkəmliyinin təmin edilməsindən ibarətdir.
Spartakiadanın şahmat, dama, nərd, stolüstü tennis, kəndirdartma, voleybol, mini futbol və atletika idman növləri üzrə keçirildiyini deyən İ.Məmmədov yarışlarda 900 nəfərə yaxın rabitəçinin, o cümlədən 70-dən çox qadının iştirak etdiyini söyləmişdir.
Natiq vurğulamışdır ki, Bakı şəhərində keçirilmiş yarışlarda Dövlət Radiotezliklər, Hərbiləşdirilmiş Mühafizə idarələrinin, “Teleradio” İstehsalat Birliyinin və digər müəssisələrin, eləcə də bölgələrdə fəaliyyət göstərən telekommunikasiya qovşaqlarının kollektivləri fəal iştirak etmişlər.
Tədbirdə çıxış edən digər natiqlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı istiqamətində aparılan çoxsaylı işlərdən söz açmışlar.
Sonra idmanın 8 növü üzrə keçirilmiş spartakiadanın qalibləri mükafatlandırılmışlar.
Yarışların yekununa əsasən, ümumi komanda hesabında “Aztelekom” İstehsalat Birliyi 1-ci, Hərbiləşdirilmiş Mühafizə İdarəsi 2-ci, “Teleradio” İstehsalat Birliyi isə 3-cü yerləri tutmuşlar.
Spartakiadada qalib komandalara və onların üzvlərinə fəxri fərmanlar və pul mükafatları təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]