Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün inklüziv təhsillə bağlı layihə təqdim edilib

Bakı, 12 noyabr, AZƏRTAC

Noyabrın 12-də Avropa İttifaqı (Aİ), BMT-nin Uşaq Fondu (UNICEF) və Təhsil Nazirliyinin birgə tərəfdaşlığı çərçivəsində “Sağlamlıq imkanları məhdud uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, təhsil naziri Ceyhun Bayramov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində təhsil sahəsində müsbət dinamikanın müşahidə olunduğunu diqqətə çatdırıb. Nazir həyata keçirilən islahatlar nəticəsində təhsilin keyfiyyətinin daha da yüksəldiyini vurğulayıb.

C.Bayramov Təhsil Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində digər uşaqlarla birgə təhsilə cəlb olunması məqsədilə həyata keçirilən tədbirlərdən söz açıb. Heydər Əliyev Fondunun bu sahədə əvəzolunmaz fəaliyyətini xüsusi qeyd edən nazir bildirib ki, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində Fond tərəfindən məqsədyönlü işlər görülüb. 2017-2018-ci tədris ilində sağlamlıq imkanları məhdud 10130 uşağın xüsusi təhsilə cəlb edildiyini diqqətə çatdıran Ceyhun Bayramov nazirlik tərəfindən “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrası barədə məlumat verib. Bildirib ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırda inklüziv təhsillə bağlı UNICEF və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən iki layihə icra olunur. UNICEF-in Azərbaycandakı nümayəndəliyi tərəfindən icra olunan “Sağlamlıq imkanları məhdud uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində pedaqoji universitetlərin və ümumi təhsil müəssisələrinin pedaqoji heyətinin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması məqsədilə təlimlərin təşkili, Bakıda və regionlardakı məktəblərdə 9 resurs mərkəzinin yaradılması, sağlamlıq imkanları məhdud uşaqların hüquqlarına dair məlumatlılığı artırmaq məqsədilə ictimai davranış və sosial dəyişiklik kampaniyalarının keçirilməsi nəzərdə tutulur. Nazir, həmçinin bu layihənin müvafiq Dövlət Proqramının uğurla həyata keçirilməsinə töhfə verəcəyini vurğulayıb.

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib ki, Təhsil Nazirliyi, Avropa İttifaqı və BMT-nin Uşaq Fondu arasında yeni tərəfdaşlıq təşəbbüsü sayəsində daha çox sayda sağlamlıq imkanları məhdud uşaq keyfiyyətli inklüziv təhsildən faydalanacaq. O qeyd edib ki, yeni tərəfdaşlıq təşəbbüsü sağlamlıq imkanları məhdud uşaqların ölkədəki ümumtəhsil məktəblərində hərtərəfli təhsil alması üçün, eyni zamanda, onların cəmiyyətə inteqrasiyasına mane olan yanlış fikirlərin və münasibətlərin aradan qaldırılması üçün imkanlar yaradacaq.

“Sağlamlıq imkanları məhdud uşaqların keyfiyyətli təhsil prosesinə cəlb olunması onların bilik qazanmasına və inkişaf etməsinə müsbət təsir göstərəcək. Eyni zamanda, bu cür uşaqların ictimai həyatda fəaliyyəti barədə yanlış düşüncələrin əsassız olduğu sübuta yetiriləcək. Təhsilin hər bir uşaq üçün əlçatan olması sağlamlıq imkanları məhdud uşaqların öz potensiallarından hərtərəfli istifadə etməsinə imkan verəcək. Biz bu təşəbbüsün həyata keçirilməsində Təhsil Nazirliyi və Avropa İttifaqı ilə birgə işləməkdən məmnunuq”, - deyə E.Karvardin bildirib.

UNICEF-in nümayəndəsi qeyd edib ki, layihə çərçivəsində ölkənin yeddi şəhərində - Bakıda, Sumqayıtda, Gəncədə, Qubada, Şəkidə, Ağcabədidə və Qazaxda inklüziv təhsil üzrə resurs və dəstək mərkəzləri yaradılmaqla sağlamlıq imkanları məhdud uşaqların sosial inteqrasiyası məsələsinə ictimai diqqət artırılacaq. Bu təşəbbüs çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimlərinin ümumtəhsil məktəblərində xüsusi təlim keçməsi nəzərdə tutulur.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas inklüziv təhsilin tətbiqinin vacibliyindən danışıb. Qeyd edib ki, hər kəsin öz bilik və bacarıqları ilə ictimai həyatda hərtərəfli iştirak etmək, inklüziv təhsil almaq, təlimlərə cəlb olunmaq və həyatı boyu öyrənmək hüququ var.

Daha sonra layihə ilə bağlı təqdimatlar olub, çıxışlar dinlənilib.

Qeyd edilib ki, layihə üzrə 10 min nəfərdən çox müəllim və məktəb direktoru inklüziv təhsil üzrə ixtisasartırma proqramlarından faydalanacaq. Layihə 2020-ci ilədək ümumtəhsil məktəblərində 5000 nəfərədək sağlamlıq imkanları məhdud uşağın təhsil almasına imkan yaradacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı beynəlxalq tədbirlər üçün etibarlı və müasir məkandır – ŞƏRH

Yaxın Şərq və Körfəzdə neft hasilatı münaqişənin başlanğıcından bəri 45 faiz azalıb

Akademik: “Türk dillərinin ekologiya terminləri lüğəti” ortaq elmi yanaşmanın bariz ifadəsidir

Kürdə və bəzi dağ çaylarında suyun səviyyəsi necə dəyişib? Açıqlama

Şirvan şəhərində narkomanlığa qarşı növbəti maarifləndirici aksiya

Azərbaycan məktəbliləri Türkiyənin aparıcı kosmik və texnologiya mərkəzlərində təcrübə qazanırlar

"Şəhərlər hamı üçün – Heç kim kənarda qalmasın"

ADPU professorunun kitabı Türkiyədə təqdim edilib

Dik Advokat yenidən Kurasao millisinin baş məşqçisi təyin olunub

Sosial mediada psixi pozuntuların aşkarlanması ilə bağlı tədqiqat aparılıb

Gülnarə Xəlilova Qazaxıstanda “Upcycling” adlı yeni kolleksiyasını təqdim edib

Türkiyə Prezidenti Qazaxıstana dövlət səfərinə gəlib

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb

AMEA Folklor İnstitutunun nəzdində yeni Dissertasiya Şurasının ilk iclası olub

“Meta” Avropa İqtisadi Zonasında rəqib süni intellekt çat-botları üçün “WhatsApp”a girişi müvəqqəti açacaq

Azərbaycan və Slovakiya parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb

Pedaqoji Universitetdə STEAM hesabat sərgisi

Aqrar Sığorta Fondu müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün növbəti təlimlərə başlayır

Siyasi şərhçi: Minsk qrupunun fəaliyyəti beynəlxalq münasibətlər sistemində ikili standartların ən açıq nümunəsi idi

Ayaz Museyibov: Müasir texnologiyalar mədəni irsin qorunmasında yeni imkanlar yaradır

Ötən ay OPEC-in gündəlik neft hasilatı 19 milyon bareldən aşağı enib

“Ziraat Bank Azərbaycan” istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb

Akademik: Məqsədimiz türk dillərində ortaq terminlər üçün elmi bazanın hazırlanmasıdır

Mərkəzi Bank və AİB arasında əlaqələrin inkişafı ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb

Ekspert: Süni intellekt şirkətləri dezinformasiyanı tanıyan neytrallıq filtrləri və rəqəmsal su nişanları tətbiq etməlidirlər

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106,3 milyon barel olacaq

Kreml Ukraynada atəşkəsin şərtini açıqlayıb

İşğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” modeli: dayanıqlı urbanizasiyaya Azərbaycanın töhfəsi

Bakı yeni siyasi və geosiyasi gündəmi formalaşdıran əsas aktorlardan birinə çevrilib ŞƏRH

Mərkəzi Bankın nümayəndə heyəti Özbəkistan Mərkəzi Bankında olub

Xalq yazıçısı Elçinin məzarı ziyarət olunub

Kənd və meşə təsərrüfatı texnikaları sahəsində yeni dövlət standartları qəbul edilib

“Trendyol” Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına dəstək olub

Robert Levandovski “Barselona”nı tərk edir

Vatikan xəstəxanasının rəhbəri: Pediatriya sahəsində əməkdaşlığa hazırıq

Toğrul İsmayıl: Minsk qrupu problemi həll etmək üçün deyil, prosesi uzatmaq üçün fəaliyyət göstərirdi

Xalq artisti Eldar Mansurov: Məktəblilərlə görüş gözəl xatirə kimi yaddaşımda qalacaq

“Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə hesabatların və məlumatların təqdim edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 144 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İqor Qarafuliç: WUF13 əlilliyi olan şəxslər üçün yaxşı platforma olacaq

XVII UNEC Karyera və əmək yarmarkası

Litvanın müdafiə naziri Avropa ordusunun yaradılmasına qarşı çıxıb

Altmış altı yaşlı keçmiş hakim: Düşünürəm ki, vəkil kimi faydalı ola bilərəm

Qırğızıstanın “Nariste” qrupu Bakı festivalında Qran-Pri qazanıb

İlahiyyat İnstitutunda maarifləndirici tədbir: Dini radikalizmin səbəbləri və onunla mübarizə metodları

WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub

Dağ-mədən fəaliyyətinin şəhərsalma proseslərinə təsirləri müzakirə olunub

Emin Əhmədov: Artıq köçkün deyilik, öz yurdumuzun sakiniyik VİDEO

Emin Əhmədov: Artıq köçkün deyilik, öz yurdumuzun sakiniyik VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycanın Bolqarıstanda yeni təyin olunmuş səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

Hörmüzün yaratdığı problemlər artmaqdadır

BMU-da Türkoloji Qurultayın 100 illiyi çərçivəsində Azərbaycan-özbək əlaqələrinə dair elmi seminar

“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər VİDEO

“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər VİDEO

Rəşad Əzizov: Bu il üç filmin yenidən rənglənməsi nəzərdə tutulur

Trampın təyyarəsi Çinə eniş edib

Region Liqasında final və 3-cü yer uğrunda oyunların yeri müəyyənləşib

Əziz Ələkbərli: Azərbaycan xalqının min illər boyu yaratdığı tarixi abidələrə qarşı genişmiqyaslı vandalizm siyasəti həyata keçirilib

İordaniya Senatının üzvü: Şəhərlər qurularkən ədalət və əlçatanlılıq prinsipinin nəzərə alınması vacibdir

Media: Türkiyədə Suriya liderinin NATO sammitində iştirakı müzakirə olunmur

Ağdərədəki mis yataqlarının istifadəsi üçün yeni istehsal sahələri yaradılacaq

Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur

ADA Universitetində “Xəzər hövzəsi araşdırmaları” proqramı üzrə “Məzun günü” təşkil olunub

WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq

Zəngilan sakini: Uşaqlığımın yarım qaldığı torpaqlara qayıtmışam VİDEO

Zəngilan sakini: Uşaqlığımın yarım qaldığı torpaqlara qayıtmışam VİDEO

Sabirabadda narkotik asılılığının yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb

Əcnəbi qonaq: Bakının hava limanında insani ünsiyyətin olması təqdirəlayiqdir

Elçin Yusubov: Xankəndi şəhərinin Baş planı yaxın vaxtlarda təqdim ediləcək

Mariya Küri - dünyanı dəyişən qadın VİDEO

Mariya Küri - dünyanı dəyişən qadın VİDEO

Şirvan və Atırau şəhərləri arasında əlaqələrin genişləndirilməsi diqqətdədir

Görkəmli bəstəkar Qara Qarayevin məzarı ziyarət olunub

Şuşa şəhərinin semantikası - elmi seminar

Prorektor: BDU tələbələri WUF13 ilə əlaqədar maarifləndirici layihələrə qoşulurlar

“ASAN xidmət”in nümayəndə heyəti Venesuelada

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib

Rumıniya mediasında B9 sammiti NATO-nun gələcəyi üçün mühüm platforma kimi qiymətləndirilir

DÇ-2026: İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilməyib

İctimai Birlik sədri: Yaşlıların, əlilliyi olan şəxslərin, uşaqların və qadınların şəhər həyatında iştirakını təmin etmək zərurətdir

Azərbaycan Ermənistana tarixində ilk dəfə müstəqil olma şansı verib - ŞƏRH

Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Məclisi-Yüksəliş” tədbiri təşkil edilib

İqor Qarafuliç: Şəhərlər hər kəs üçün əlçatan olmalıdır

İKTA I rübdə poçt rabitəsi xidmətinin şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib

Azərbaycanı “AGF Trophy” turnirində 16 idman gimnastı təmsil edəcək

İdarə Heyətinin sədri: İnklüziv şəhərlər artıq qlobal çağırışdır

Eyni siyasi məntiqin fərqli coğrafiyalardakı təzahürü - ŞƏRH

Rəşad Əzizov: Süni zəkanın yaradıcı insanı əvəzləmək kimi bir təhlükəsi yoxdur

Ümumdünya Ərzaq Proqramı: Bu il dünyada 318 milyon insan daha kəskin aclıqla üzləşir

Belarusda həkimlər üçün “virtual xəstə” proqramı hazırlanıb

Milli Kitabxana tərəfindən “Əcəmi Naxçıvani. Biblioqrafiya” kitabı çap edilib

ADAU ilə Gəncə Voleybol Klubu arasında əməkdaşlıq memorandumu imzalanıb

Əlyazmalar İnstitutunda XIII əsrin klassik ilahiyyat abidəsinə dair mühazirə dinlənilib

WUF13: Peyk məlumatları dayanıqlı şəhərsalmanın strateji alətidir - MÜSAHİBƏ VİDEO

WUF13: Peyk məlumatları dayanıqlı şəhərsalmanın strateji alətidir - MÜSAHİBƏ VİDEO

İçərişəhər nümunəsi: yaşayan irs və müasir şəhər inkişafı

Amerikalı mühəndislər “Tramp marşrutu” layihəsi üçün Ermənistana gəliblər

Zəngilan şəhərində daha 59 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Zəngilan şəhərində daha 59 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

BMU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı proqramı təqdim olunub

Mart-aprel aylarında qlobal neft ehtiyatları sutkada 4 milyon barel azalıb

Tramp Çin səfərinə Səmavi Məbədi ziyarət etməklə başlayacaq

Naxçıvanda 9 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi təşkil olunacaq

“NATO-Serbiya” hərbi təlimi: 600 hərbçi və 9 ölkədən müşahidəçi

Dünya Su İdmanı Federasiyasının nümayəndələri Bakıda keçiriləcək beynəlxalq turnirə hazırlıq işləri ilə tanış olublar