Şahdağ Milli Parkında baharın nəfəsi duyulur
Bakı, 13 yanvar, AZƏRTAC
Yazın gəlişinə təqribən bir həftə qalsa da təbiətimizdə yavaş-yavaş oyanma, canlanma başlayıb. Baharın nəfəsinin duyulduğu yerlərdən biri də Şahdağ Milli Parkıdır. Milli parkın yavaş-yavaş yaşıllığa bürünən ərazisi, budaqlarda özünə yer edən quşların cəh-cəhi, xəzəllərin altından boylanan bənövşələr görənlərə yazın hərarətini yansıdır.
AZƏRTAC milli parkın ürəkoxşayan mənzərələrini təqdim edir.