Şahdağ Turizm Mərkəzində gənclər üçün yeni aksiya təşkil olunub
Bakı, 18 mart, AZƏRTAC
“Şahdağ” Qış-Yay Turizm Kompleksi rəhbərliyinin və Azərbaycan Dağ Xizəkçiliyi Federasiyasının birgə təşkilatçılığı ilə Novruz bayramı günlərində gənclər üçün nəzərdə tutulan yeni aksiyaya start verilib.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində gənclərə ekonom sinifli otellər təklif olunur və minimum 4 gün 3 gecə gənclər mehmanxanasında qalmaq şərti ilə tur məhsulun qiyməti 1 nəfər üçün 100 (yüz) manat təşkil edir. Aksiyanın keçirilməsində əsas məqsəd gənclərə xizək sürmə və snoubordu öyrətməkdən ibarətdir. Aksiya haqqında əlavə məlumatı www.shahdag.az saytına daxil olaraq, yaxud (+994 77) 277-32-94 nömrəsinə zəng edərək əldə etmək olar.