Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sahibə Qafarova: Parlamentlərarası İttifaq qlobal idarəetmədə səslərimizin daha güclü eşidilməsində böyük rol oynayır

Bakı, 16 aprel, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının iclasında çıxış edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan parlamentinin spikeri çıxışında bu gün dünyada artan qeyri-müəyyənlik dövründə münaqişələrin davam etdiyini, gərginliyin artdığını, böhranların dərinləşdiyini və bərabərsizliklərin genişlənməkdə davam etdiyini bildirib. Onun sözlərinə görə, bu meyillər sülhün və ədalətin təməllərini sarsıtmaq riski yaradır. O cümlədən Sahibə Qafarova iqlim dəyişikliyinin artıq real olduğunu və təcili tədbirlər tələb etdiyini vurğulayıb. Bu şəraitdə Assambleyanın mövzusunun həm vaxtında, həm də son dərəcə aktual olduğunu söyləyən Milli Məclisin sədri deyib ki, bu, kollektiv və məsuliyyətli şəkildə hərəkət etməyə çağırır.

Mövcud çatışmazlıqlar fonunda çoxtərəfliliyin vacib rolunu diqqətə çatdıran spiker Sahibə Qafarova bu məqamda beynəlxalq hüquqa hörmətin, onunla bağlı daha güclü öhdəliklərin götürülməsinin tələb olunduğunu bildirib. Onun sözlərinə görə, parlament üzvləri sülhü təşviq etməli, ədaləti qorumalı və gələcək nəsillərin maraqlarının qərarlarda əks olunmasını təmin etməlidir. Milli Məclisin sədri bu kontekstdə Parlamentlərarası İttifaqın rolunu xüsusilə vurğulayıb. Bildirilib ki, Parlamentlərarası İttifaq qlobal idarəetmədə səslərimizin daha güclü eşidilməsində böyük rol oynayır. Ortaq ideallara sarsılmaz sədaqət nümayiş etdirən Parlamentlərarası İttifaq parlamentləri irəli aparan məqsəd və arzuların həyata keçirilməsi üçün parlamentariləri bir araya gətirir.

Çıxışında Assambleyanın gənclərə yönəlmiş diqqətini xüsusi qeyd və təqdir edən Sahibə Qafarova deyib ki, bu, həm vaxtında, həm də olduqca vacibdir. Çünki gənclər yalnız siyasətdən faydalanmırlar, onlar həm də dəyişikliklərin fəal iştirakçılarıdır. Parlament üzvlərinin məsuliyyəti onların səslərinin eşidilməsini, potensiallarının reallaşmasını və iştiraklarının effektiv olmasını təmin etməkdir. O, bu baxımdan 2024-cü ildə qəbul edilmiş Birləşmiş Millətlər Təşkilatının Gələcək nəsillər haqqında Bəyannaməsinin xüsusi əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, bu sənəd inklüziv və irəliyə yönəlmiş, davamlı inkişafa xidmət edən siyasətlərin həyata keçirilməsinə çağırır.

Milli Məclisin sədri çıxışında tədbir iştirakçılarına Azərbaycanda həyata keçirilən gənclər siyasətinin uğurlu nəticələri barədə də məlumat verib. O, bu sahənin ölkəmizdə prioritet təşkil etdiyini qeyd edərək deyib ki, bu məqsədlə Azərbaycan parlamenti tərəfindən “Gənclər siyasəti haqqında” Qanun da daxil olmaqla, geniş qanunvericilik və institusional çərçivə yaradılıb. O cümlədən bildirilib ki, ölkəmizdə gəncləri dəstəkləmək üçün xaricdə təhsili asanlaşdıran təşəbbüslər, məşğulluğun təşviqi və gənclərin dövlət idarəçiliyində iştirakının gücləndirilməsi istiqamətində çoxsaylı dövlət proqramları uğurla həyata keçirilib. “Yüksəliş” proqramı kimi təşəbbüslər gənclərin motivasiyası və səlahiyyətləndirilməsi baxımından xüsusilə effektiv olub. Azərbaycan, həmçinin Gənclər Forumu, Könüllülər Forumu kimi platformalar vasitəsilə gənclər arasında beynəlxalq əməkdaşlığı fəal şəkildə təşviq edir, həmrəyliyi gücləndirir və qlobal çağırışlara töhfə verməyə çalışır.

Bununla yanaşı qeyd olunub ki, Azərbaycan Qoşulmama Hərəkatının Gənclər Təşkilatı kimi təşəbbüslər, eləcə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Qlobal Bakı Forumu çərçivəsində təşkil olunan “Gənclər danışsın, biz dinləyək” paneli kimi innovativ platformalar vasitəsilə qlobal gənclər gündəliyinə töhfə verir. Milli Məclisin üzvləri Parlamentlərarası İttifaqın Gənc Parlamentarilər Forumu və Türk Dövlətləri Parlament Assambleyasının Gənc Parlamentarilər Qrupu çərçivəsində beynəlxalq əməkdaşlıqda fəal iştirak edirlər.

Milli Məclisin sədri çıxışında belə bir inamı ifadə edib ki, gənclərin səlahiyyətləndirilməsi dayanıqlığın, innovasiyanın və sülhün möhkəmləndirilməsi deməkdir və bu, gələcək nəsillər üçün ən mühüm mirasdır. Bu kontekstdə o qeyd edib ki, Cənubi Qafqaz transformasiya dövrünə qədəm qoyur. Azərbaycan və Ermənistan arasında dialoqda əldə olunan irəliləyiş göstərir ki, hətta uzunmüddətli münaqişələr belə siyasi iradə və beynəlxalq hüquqa hörmət vasitəsilə həll oluna bilər. Bu çərçivədə parlament diplomatiyası da etimadın qurulmasında mühüm rol oynayır.

Sonda spiker Sahibə Qafarova bir daha qeyd edib ki, səylərimiz əməkdaşlıq, dialoq və çoxtərəflilik prinsipləri ilə istiqamətləndirilməlidir. Yalnız birgə fəaliyyət vasitəsilə daha sülhsevər və ədalətli dünya qurmaq mümkündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BTA Director General calls for National support programmes for regional media in Bulgaria

Hamza Hamzaoğlu: Türkiyə millisinin yarımfinala yüksəlməsi çempionluq qədər dəyərli olar – EKSKLÜZİV

Xalq-Lider birliyinin təntənəsi: Heydər Əliyev irsi və müasir Azərbaycan

“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir

Çin sınaq peykini kosmosa göndərib

Nəsimi rayonunda ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb

Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir

Muxtar respublikada 226 milyon 57 min manatlıq sənaye məhsulu istehsal edilib

Culfada baş verən yanğında xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB VİDEO

Culfada baş verən yanğında xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB VİDEO

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı kimyəvi mübarizə tədbirləri aparılıb

Məhərrəm ayının başlanacağı tarix açıqlanıb

Böyük Britaniyada hər gün 3000-ə yaxın xəstənin xidmət üçün uyğun olmayan yerlərdə müalicə aldığı açıqlanıb

Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək

Azərbaycanda Amerika Ticarət Palatası “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib

Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib

Bu ilin 5 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 3 min 766 fakt aşkar edilib

Kəşmirin Pakistanın nəzarətində olan hissəsində baş verən qəzada 22 pakistanlı hərbçi həlak olub

Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub

BDYPİ: Texniki cəhətdən köhnəlmiş nəqliyyat vasitələri yollarda ciddi risk yaradır

Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb

Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib

Yunanıstan səfiri “ASAN xidmət”də

Azərbaycanın beynəlxalq enerji bazarlarında strateji rolu daha da güclənib MÜSAHİBƏ

Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb

Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub

“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb

Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır

Azərbaycanla İran arasında Araz çayının su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı iş rejimləri təsdiqlənib

Volkan Yılmaz: Türkiyə-Azərbaycan qardaşlığı bizim üçün böyük əhəmiyyətə malikdir

Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib

“Bayer” heyətinə yeni futbolçu cəlb edib

Milli Xalça Muzeyində “Təbii Zəka / NI - Natural Intelligence” sərgisi açılıb

Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub

Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm

Milli qurtuluşdan dövlətçilik zirvəsinə: BDU tələbələri Ulu Öndərin siyasi irsini öyrənirlər

Sabah bəzi yerlərdə yağış yağacaq

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub

Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ

Ölkədə muzdla çalışan işçilərin sayı açıqlanıb

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

DSMF-nin bu ilin 5 ayı üzrə gəlir və xərcləri açıqlanıb

Mətin Məmmədli: Azərbaycanın sülh gündəliyi regionda dayanıqlı inkişaf və təhlükəsizliyin əsas təminatıdır

ABŞ-nin neft ehtiyatları azalıb

Naxçıvanda əsas kapitala 65 milyon manata yaxın investisiya yönəldilib

Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb

Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb – YENİLƏNİB 2 VİDEO

Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb – YENİLƏNİB 2 VİDEO

Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO

Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO

Azərbaycanda beynəlxalq sertifikatların maliyyələşdirilməsi proqramı hazırlanır

Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdi - RƏY

Fransadakı alman bunkerləri baxımsız qalıb

Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb

ADNSU-da respublika fənn olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırılıb

Bakı, Sumqayıt və Abşeron üzrə bu ayın pensiyaları sabah ödəniləcək

Azərbaycan enerji sahəsində əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır ŞƏRH

Rizvan Nəbiyev: Sülh sazişi Azərbaycan-Ermənistan münasibətlərinin əsas hüquqi bazasını təşkil edəcək

Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib

Azərbaycan futbolunun məbədi - Tofiq Bəhramov adına Respublika Stadionu VİDEO

Azərbaycan futbolunun məbədi - Tofiq Bəhramov adına Respublika Stadionu VİDEO

Oman sahillərində tankerdə yanğın baş verib

Qaya Məmmədov: Ermənistan cəmiyyəti Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir

Azərbaycan millisinin baş məşqçisi dünya çempionatındakı favoritini açıqlayıb

Uşaq evinin sakinləri İtaliyada keçirilən rəsm sərgisində iştirak ediblər

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi: Rayonda erkən nikah halları minimuma enib VİDEO

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi: Rayonda erkən nikah halları minimuma enib VİDEO

Fərid Şəfiyev: Azərbaycanın Ermənistanla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır

BDYPİ: Səhhətində problem olan sürücülərin sükan arxasına keçməsi faciə ilə nəticələnə bilər VİDEO

BDYPİ: Səhhətində problem olan sürücülərin sükan arxasına keçməsi faciə ilə nəticələnə bilər VİDEO

Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq

Azərbaycan və Türkiyə regionun təhlükəsizliyinin aparıcı qüvvələrindən biri kimi çıxış edir- ŞƏRH

Fransada müdafiə sənayesi sahəsi gücləndirilir

Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib

“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi VİDEO

“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi VİDEO

Deputat: Uşaqların rəqəmsal mühitdə daha güclü hüquqi və texnoloji müdafiəsi zəruridir

Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir

“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək

Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb

Beş tondan artıq narkotik vasitə məhv edilib VİDEO

Beş tondan artıq narkotik vasitə məhv edilib VİDEO

FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib

Əfqan Nifti: ABŞ-nin regiona olan strateji münasibəti getdikcə daha da yüksəlir VİDEO

Əfqan Nifti: ABŞ-nin regiona olan strateji münasibəti getdikcə daha da yüksəlir VİDEO

Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib

Donald Tramp: İnflyasiyanı bəyənirəm

Teatr sənətinin vurğunu

Cavlon Vahabov: Özbəkistan Azərbaycanın C5+1 platformalarında iştirakında maraqlıdır VİDEO

Cavlon Vahabov: Özbəkistan Azərbaycanın C5+1 platformalarında iştirakında maraqlıdır VİDEO

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb

“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb

PMI rəsmisi: Azərbaycan innovasiya və insan kapitalına əsaslanan iqtisadiyyat qurur

Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq

Azərbaycan–Türkiyə münasibətləri Türk dünyasında əməkdaşlığın əsas dayaqlarından biridir ŞƏRH

Nazir müavini: Azərbaycanın əsas hədəfi dayanıqlı və davamlı iqtisadi artımdır

Səudiyyə Ərəbistanı Livandan məhsul idxalına tətbiq etdiyi qadağanı ləğv edib

BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb

Krasnodar hava limanında 34 reys təxirə salınıb

® Əsəd Qurbanzadə: Unun alış qiyməti deyil, son məhsulun maya dəyəri əsas göstəricidir

Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonası regional istehsal və logistika mərkəzi rolunu oynayır

Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır

SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb

Aleksey Kim: Azərbaycan resurslara əsaslanan iqtisadiyyatdan innovasiyayönümlü modelə keçidi uğurla həyata keçirir

SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub

Xalq rəssamı Lətif Kərimovun irsinə həsr olunan innovativ təqdimat hazırlanıb