Sahibkar və menecerlər Almaniyada təlim və istehsalat təcrübəsi keçir
Bakı, 27 mart, AZƏRTAC
Sahibkar və menecerlərdən ibarət aqrar sahə üzrə ilk qrup Almaniyanın Hamburq şəhərində yerləşən "Beynəlxalq Akademiya" Tədris Mərkəzində təlim və istehsalat təcrübəsi keçir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində sahibkarların və menecerlərin 2019-cu ildə "İqtisadi kooperasiya" üzrə Almaniyada ixtisasartırma kurslarına göndərilməsi məqsədilə müsabiqə keçirilib. Müsabiqəni müvəffəqiyyətlə keçmiş 18 sahibkar və menecerdən ibarət aqrar sahə üzrə ilk qrup artıq Hamburqdakı "Beynəlxalq Akademiya" Tədris Mərkəzində təlim və istehsalat təcrübəsi keçir.
İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 20 sahibkar və menecerdən ibarət növbəti qrupun Almaniyaya səfəri isə iyunun 11-dən iyulun 6-dək nəzərdə tutulur.