SİYASƏT
Şahin Mustafayev: Heydər Əliyev Azərbaycan və Rusiya arasında münasibətlərin memarıdır
![Şahin Mustafayev: Heydər Əliyev Azərbaycan və Rusiya arasında münasibətlərin memarıdır](/files/2023/2/1200x630/16835560791136463490_1200x630.jpg)
Həştərxan, 8 may, Leyla Muradzadə, AZƏRTAC
Biz həştərxanlıların Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin nurlu xatirəsinə göstərdikləri səmimi münasibəti görürük və bunu xalqlarımız arasında dostluğun növbəti təzahürü kimi dəyərləndiririk.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında ticari-iqtisadi və humanitar əməkdaşlıq: hazırkı vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda deyib.
“Heydər Əliyev ölkələrimiz arasında münasibətlərin memarıdır. Azərbaycanın müstəqilliyinin bərpasından sonra Ümummilli Lider qısa dövr ərzində Azərbaycan və Rusiya arasında münasibətləri yenidən qurdu. Prezident İlham Əliyev və Prezident Vladimir Putin bu münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırdılar”, - deyə Ş.Mustafayev qeyd edib.