ŞAHMATÇILARIMIZ NÖVBƏTİ QƏLƏBƏ QAZANMIŞLAR
Azərbaycanın kişilərdən ibarət şahmat yığma komandası Bolqariyanın Plovdiv şəhərində keçirilən Avropa çempionatının beşinci turunda dünyanın ən güclü komandalarından olan Sloveniya komandasını 2,5:1,5 hesabı ilə məğlubiyyətə uğratmışdır. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, əvvəlki turda Qadir Hüseynov öz rəqibinə qalib gəlmiş, Şəhriyar Məmmədov, Teymur Rəcəbov və Rəsul İbrahimov isə heç-heçə oynamışlar. İndi şahmatçılarımız Rusiya komandasından sonra ikinci yeri tuturlar. Onlar 6-cı turda rusiyalılarla görüşəcəklər.
Zeynəb və Türkan Məmmədyarova bacılarından ibarət qadın yığma komandamız isə hələ də uğursuz çıxış edir. Onlar beş turdan sonra 27-ci yerdədirlər.
Altıncı turun oyunları oktyabrın 17-də olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2025 [17:03]
Türkiyəli məşhur voleybolçu Rusiya klubundan ayrılıb
- 13.05.2025 [16:28]
Karlo Ançelotti: Dörd ildə 11 titul, bu, öz sözünü deyir
- 13.05.2025 [15:32]
“Real Madrid” yayda iki yeni müdafiəçi almağı planlaşdırır
- 13.05.2025 [15:25]
Macarıstan Formula 1 Qran-Prisinə ciddi hazırlaşır
- 13.05.2025 [14:46]
Azərbaycanlı məşqçi “Real Madrid”in akademiyasında olub
- 13.05.2025 [14:26]