ŞAHMATÇILARIN RESPUBLİKA BİRİNCİLİYİNİN BİRİNCİ DƏSTƏSİNİN OYUNLARI BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, Respublika Şahmat Mərkəzində şahmatçıların Azərbaycan çempionatının birinci dəstəsinin oyunlarına yekun vurulmuşdur.
İsveçrə sistemi üzrə keçirilən turnirdə ölkəmizin müxtəlif şəhər və rayonlarını təmsil edən 21 şahmatçı mübarizə aparmışdır.
Doqquz oyundan 6,5 xal toplamış Ağdam nümayəndəsi Fariz Əhmədov yarışın qalibi adını qazanmışdır. Gəncə şahmatçısı Ayaz Məmmədov 6 xalla 2-ci, Bakı təmsilçisi Ülvi Bacarani isə 5,5 xalla 3-cü yeri tutmuşlar.
Mükafatçılar sırasında yer almış şahmatçılar respublika birinciliyinin güclülər dəstəsində oynamaq hüququ qazanmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]