Şahzadə Filipin vəfatı ilə əlaqədar Britaniyada matəm elan olunub
Bakı, 9 aprel, AZƏRTAC
Britaniya kraliçası II Elizabetin həyat yoldaşı, şahzadə Filipin vəfatı ilə əlaqədar ölkədə matəm elan olunub.
AZƏRTAC Britaniya KİV-lərinə istinadla xəbər verir ki, matəm mərhumun dəfninədək davam edəcək. Ölkədə bütün bayraqlar endiriləcək, matəm müddətində yeni qanunlar qəbul olunmayacaq.
Şahzadə Filip aprelin 9-da ömrünün 100-cü ilində vəfat edib. Bu barədə Bukingem sarayı “Twitter” səhifəsində məlumat yayıb.
Dəfnin tarixi hələlik açıqlanmır.
Mərhumun cənazə mərasiminin Vindzor qəsrindəki Georgiya qülləsində təşkil olunacağı və hərbi stildə keçiriləcəyi gözlənilir. Mərasimdə kral ailəsinin qohumlarının və yaxın dostlarının iştirakı nəzərdə tutulur. Milli matəm səkkiz gün, ailə matəmi isə otuz gün davam edəcək. Bundan sonra Britaniya kraliçası öz səlahiyyətlərinə qayıdacaq.
Filip taxt-taca namizədlər arasında olmadığı üçün onun ölümü taxta varislik xəttinə təsir göstərməyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]