SİYASƏT
Said Omar Said Ali: Fransa Mayot adasını tərk etməlidir VİDEO
![Said Omar Said Ali: Fransa Mayot adasını tərk etməlidir VİDEO](/files/2023/3/1200x630/17026240113946713293_1200x630.jpg)
Cenevrə, 15 dekabr, AZƏRTAC
Fransa işğal siyasətini bu gün də davam etdirir. Qəmər Adaları İttifaqına məxsus Vətənim Mayot adasının hələ də Fransanın nəzarəti altında olması bunun ən bariz nümunəsidir. Fransa Mayot adasından çıxıb getmək istəmir. Buna son qoyulmalıdır və Fransa Mayotdan getməlidir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qəmər Adaları xarici işlər nazirinin müşaviri Said Omar Said Ali deyib.
BMT-nin, İslam Əməkdaşlıq Təşkilatının və bir çox başqa beynəlxalq təşkilatların Mayot adası ilə bağlı çoxsaylı qətnamə və qərarlarını xatırladan Said Omar Said Ali bildirib ki, Fransa bu sənədlərə məhəl qoymur. Rəsmi Paris Qəmər Adaları sakinləri arasında nifaq salmaqda, düşmənçilik yaratmaqda davam edir. Fransa Mayot adasını tərk etməli və bu vəziyyətə son qoymalıdır.
“Mayot adasının azadlığı uğrunda mübarizəmizi davam etdirəcək, adanı azad edəcəyik”, - deyən S.O.Said Ali Mayotun azadlığı ilə bağlı mövqelərinin qəti olduğunu vurğulayıb.