SALYAN RAYONU SAKİNİNİN QUŞ QRİPİNDƏN VƏFAT ETMƏSİ TƏSDİQLƏNMƏMİŞDİR
Bundan əlavə, Dayıkəndin daha 8 sakini yüksək hərarətlə müşayiət olunan kəskin respirator infeksiyası əlamətləri ilə Bakı klinikalarına qoyulmuşdur. Xəstələr DST-nın tövsiyələrinə müvafiq müalicə olunur, onlardan virusoloji tədqiqatlar üçün analizlər götürülmüşdür. Bu analizlər həm yerli, həm də xarici laboratoriyalarda öyrəniləcəkdir.
Həmin kənddə yeni xəstəlik halları qeydə alınmamışdır. Burada hər cür profilaktik və antiepidemioloji tədbirlər görülür.
Səhiyyə Nazirliyi gigiyena qaydalarına riayət etmək - əlləri tez-tez sabunla yumaq, quşlarla təmasdan çəkinmək xahişi ilə əhaliyə təkrar-təkrar müraciət edir. Xəstə, yaxud ölü quşla təmasdan sonra nasazlayan kimi dərhal tibb müəssisəsinə müraciət etmək lazımdır.