Salyan sakinləri könüllü qanvermə aksiyasında iştirak ediblər
Salyan, 25 iyun, AZƏRTAC
Aşura günü ilə əlaqədar Salyan şəhər “Hacı Tağı” məscidində könüllü qanvermə aksiyası təşkil olunub.
Salyan Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, aksiya çərçivəsində həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti əvvəlcədən yoxlanılıb. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
Qeyd edək ki, qanvermə aksiyasında toplanan qan ehtiyacı olan insanların qanla təminatı üçün respublikada artıq ənənəvi hal alan nəcib tədbirlərin davamıdır. Ənənə halını alan bu humanist aksiyada iştirak edən rayon sakinləri yüksək vətəndaşlıq mövqeyi ilə fəallıq göstəriblər.
Müxbir - Aydın Yavərzadə