Şamaxı rəsədxanasının əməkdaşları elmi mövzuları onlayn formada müzakirə edirlər
Bakı, 8 aprel, AZƏRTAC
Sosial təcrid rejimi ilə əlaqədar rəsədxana öz işini minimum təmas çərçivəsində qurur. Belə ki, müəssisənin şöbə müdirləri və əməkdaşları mütəmadi olaraq onlayn formada elmi mövzuların müzakirəsini həyata keçirirlər.
AZƏRTAC xəbər verir ki, bunu Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov koronavirusla əlaqədar mövcud şəraitdə rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə müsahibə verərkən deyib.
Direktor rəhbərlik etdi qurumun magistrantları üçün həftənin 5 günü təşkil olunan distant dərslərdən də söhbət açıb. Bildirib ki, I kurs magistrantlar üçün rəsədxana alimləri tərəfindən onlayn dərslər təşkil olunur. II kurs magistrantlar isə elmi-pedaqoji təcrübəyə cəlb olunub və dissertasiya işlərinin tamamlanması ilə bağlı mütəmadi olaraq elmi rəhbərləri ilə distant əlaqə saxlayırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]