ŞAMAXIDA AZERCELLİN EKSPRESS MƏNTƏQƏSİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Müəssisənin mətbuat xidmətindən AZƏRTAC-a bildrimişlər ki, respublikanın 6 şəhər və rayonunda fəaliyyət göstərəcək məntəqələrin birincisi Şamaxıda istifadəyə verilmişdir. Xatırladaq ki, ilk belə 5 məntəqə 2004-cü ildə Bakıda istifadəyə verilmişdir. “Azercell ekspress” indiyə qədər təkcə Azərbaycanda deyil, hətta MDB ölkələrində də oxşarı olmayan servis formasıdır. Satış, ödəmə və müştəri xidmətlərinin bir yerdə olması rahatlıqla yanaşı, abonentlər üçün həm də vaxta qənaət deməkdir.
Şamaxıda Azercellin 12 minə yaxın abonenti, 2 diler, 6 subdiler, 60 danışıq kartı satışı və Beynəlxalq Bankda ödəmə məntəqəsi var. Digər “Azercell ekspress” məntəqələri çox qısa zamanda Bərdə, Ağdaş, Mingəçevir, Şəmkir və Lənkəranda istifadəyə veriləcəkdir. Bu məntəqələrin açılışı həm regionlarda mobil rabitədən rahatlıqla istifadəyə, həm də yeni iş yerlərinin açılmasına və bölgələrin büdcələrinə əlavə vəsaitin daxil omasına şərait yaradacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [16:18]
Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
- 09.10.2026 [15:23]
“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır
- 09.10.2026 [15:17]
Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb
- 09.10.2026 [14:41]
® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir
- 09.10.2026 [14:38]