“Şamaxı”nın Azərbaycan Premyer Liqasında “Neftçi” ilə ev oyunu yubileylə əlamətdar olacaq
Bakı, 6 aprel, AZƏRTAC
“Şamaxı” futbol klubunun Azərbaycan Premyer Liqasının XXII turunda “Neftçi” ilə ev oyunu yubileylə əlamətdar olacaq.
AZƏRTAC xəbər verir ki, matç komandalar arasında çempionatdakı 70-ci qarşılaşma kimi tarixə düşəcək.
Əvvəlki 69 görüşün 16-da meydan sahibləri, 38-də paytaxt klubu meydanı 3 xalla tərk edib. On beş qarşılaşmada isə heç-heçə qeydə alınıb.
Komandalar arasında Premyer Liqadakı 6 oyunda üç və ya daha çox qol vurulub.
Qeyd edək ki, "Şamaxı" daha əvvəl "Xəzər Universiteti", "İnter" və "Keşlə" adı altında mübarizə aparıb. Aprelin 7-də keçiriləcək "Şamaxı" - "Neftçi" oyunu saat 14:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]