SAMBOÇULARIMIZ AVROPA ÇEMPİONATINA HAZIRLAŞIRLAR
Yığma komandanın heyətinə 10 samboçu cəlb edilmişdir. Baş məşqçi Mübariz İbrahimovun verdiyi məlumata görə, Belqrada gedəcək heyət tam müəyyənləşdirilməsə də, qitə çempionatında ölkəmizin ən güclü samboçularından yeniyetmə və gənclər arasında Avropa birinciliyinin qalibi, dünya çempionatının gümüş mükafatçısı İslam Qasımov (52 kq), dünya çempionatının mükafatçısı Elçin Mayılov (57 kq), ikiqat dünya çempionu Hakim Nəzərəliyev (62 kq), dünya birinciliyində ikinci yer tutmuş Mobil Hüseynov (68 kq), Elməddin Əhmədov (74 kq), gənclər arasında dünya birinciliyinin bürünc mükafatçısı Seyran Rəhimov (82 kq), Avropa çempionatının bürünc medalçısı Asif Səfərbəyov (90 kq) və qitə birinciliyinin qalibi Vasif Səfərbəyovun (100 kq-dan yuxarı) iştirakı nəzərdə tutulur.
Beynəlxalq dərəcəli hakim Cabir İsmayılov turnidə hakimlik edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]