Sami Hijjavi: Daha çox fələstinli tələbənin AzMİU-da təhsil almasını istəyirik
Bakı, 21 may, AZƏRTAC
Hazırda heç bir fələstinli tələbə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsil almır. İstərdim ki, AzMİU ilə Fələstinin Təhsil və Ali Təhsil Nazirliyi arasında əməkdaşlıq sazişi imzalansın və nəticədə daha çox fələstinli tələbə burada təhsil almaq imkanı əldə etsin.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycanda səfərdə olan Fələstin Dövlətinin yerli özünüidarəetmə naziri Sami Hijjavi deyib. O bildirib ki, bu proses tələbə təqaüdləri əsasında və ya tələbələrin öz hesablarına təşkil oluna bilər: “AzMİU-nun məzunu olaraq buradakı təhsil səviyyəsini yaxşı bilirəm. Bununla yanaşı, Fələstinin ali təhsil müəssisələri ilə AzMİU arasında əməkdaşlığın qurulmasını təklif edirəm. Tələbə təqaüdləri bizim üçün xüsusi əhəmiyyət daşıyır”.
Müxbir – Aysel Azadqızı
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [13:00]
Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır
- 07.08.2026 [12:27]
Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib
- 07.08.2026 [12:03]
Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq
- 07.08.2026 [11:58]
BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək
- 07.08.2026 [11:44]
Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib
- 07.08.2026 [11:28]
Magistratura təhsili əmək bazarında üstünlük yaradırmı?
- 07.08.2026 [10:58]