Samuxda keçirilən aksiyada 15 mindən çox ağac əkilib
Samux, 23 dekabr, AZƏRTAC
Yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Samux rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan ağacəkmə aksiyasında rayonun Ziyadlı kəndində, Samux-Yenikənd avtomobil yolunun kənarında və Burunqovaq, Salahlı, Poylu, Kəsəmən kəndlərinin ərazisində torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli 15000 ağac əkilib. Əkilən ağacların suvarılması üçün damcılı suvarma sistemi quraşdırılıb.
Ağacəkmə aksiyasında Samux Rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhid ailələri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.