Saxalində 75 balıqçı qopmuş buz parçasının üzərindən xilas edilib
Bakı, 18 fevral, AZƏRTAC
Saxalin vilayətinin cənubundakı Starodubskoye kəndi yaxınlığında qopmuş buz təbəqəsinin üzərində qalan 75 balıqçı xilas edilib.
AZƏRTAC Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ilkin məlumatlara görə, buz parçasının üzərində daha bir neçə nəfər qalıb.
"Oxot dənizində Starodubskoye kəndi yaxınlığında 50 metr eni olan buz təbəqəsinin qopması baş verib. İlkin olaraq 80-dən çox balıqçı sahildən 1 kilometr aralıda tapılıb. Balıq ovçuları xilas edilir. Bu işlərə “Mi-8” helikopteri və Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, 75 nəfər artıq sahilə çıxarılıb” , - deyə yayılan məlumatda qeyd olunub.
Fevralın 18-də səhər saatlarında Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Saxalin vilayətinin Starodubskoye kəndi ərazisində buzun qopması barədə məlumat daxil olub. İlkin məlumata görə, buzun üzərində 14 nəfər olub. Sonradan məlum olub ki, buz parçasının üzərində daha çox balıqçı var.
Xilasetmə əməliyyatı davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə edilir
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]