Şaxta baba məktəbləri və evləri gəzərək uşaqları sevindirdi - FOTO
Lerik, 27 dekabr, İlkin Adıyev, AZƏRTAC
Lerikdə iki yüz aztəminatlı ailənin uşaqlarına Yeni il hədiyyələri paylanılıb. Lerik Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Biz birlikdəyik” sosial layihəsinin təşkilatçıları rayona dəvət olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sosial layihə çərçivəsində Lerikin Hamarat, Bibyoni, Bradi, Dızdipok, Bırkandul, Nüvədi, Rəzəvul və Vistən kəndlərində 200-ə yaxın uşağa Yeni il hədiyyələri çatdırılıb.
Şaxta baba məktəbləri və evləri gəzərək uşaqları Yeni il münasibətilə təbrik edib, hədiyyələr verib və dərslərində uğurlar arzulayıb.
Layihənin həyata keçirilməsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları və gəncləri yaxından iştirak ediblər.