“Science 4.0” çərçivəsində yaranan böyük həcmli verilənlər problemi araşdırılır
Bakı, 16 aprel, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunda “Science 4.0 çərçivəsində yaranan böyük həcmli verilənlər probleminin araşdırılması” mövzusuna həsr olunmuş onlayn elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Məruzəni təqdim edən institutun əməkdaşı Şahanə Mansurova “Sənaye 4.0” və “Science 4.0”, “Sənaye 4.0” texnologiyalarının müxtəlif elm sahələrində tətbiqi, Big Data analitikası, maşın təlimi alqoritmləri və tətbiqləri haqqında məlumat verib. Bildirib ki, Dördüncü Sənaye İnqilabı və ya “Sənaye 4.0” platforması Əşyaların İnterneti (Internet of Things - IoT), kiberfiziki sistemlər, süni intellekt, robototexnika kimi qabaqcıl texnologiyalarla birbaşa bağlıdır.
Məruzəçi böyük verilənlərin emalı və saxlanması, vizuallaşması, analizi, təhlükəsizliyi kimi Big Data problemlərindən də danışıb.
Sonda şöbə müdiri Təhmasib Fətəliyev məruzəyə dair təkliflərini səsləndirib, bu istiqamətdə tədqiqatların davam etdirilməsini tövsiyə edib. Mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [16:16]
Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO
- 09.10.2026 [15:38]
“Ədəbiyyat aləminə səyahət” - kitab sərgisi
- 09.10.2026 [15:35]
Azərbaycanlı professor “Çingiz Aytmatov” medalına layiq görülüb
- 09.10.2026 [15:28]
BDU-da təlim: Süni intellekt müəllimin köməkçisi kimi
- 09.10.2026 [14:38]