“Səbail” doğma meydanda “Sabah”a məğlub olub
Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Sabah” klubu səfərdə “Səbail”lə qarşılaşıb. “ASCO Arena”da keçirilmiş görüş Murad Musayevin baş məşqçi olduğu komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qonaqların heyətində qolları 33-cü dəqiqədə Coy-Lens Mikels, 46-cı dəqiqədə Ceyhun Nuriyev və əsas vaxtın sonuna əlavə olunmuş 4-cü dəqiqədə Xuan Kamara vurub.
Bu qələbədən sonra xallarını 17-yə çatdıran “Sabah” ili beşinci pillədə başa vurub. On xalı olan “Səbail” isə sonuncudur.
Tura bu gün oynanılacaq “Qarabağ” - “Zirə” matçı ilə yekun vurulacaq.
Qeyd edək ki, ilk oyun günündə “Qəbələ” evdə “Neftçi” ilə 1:1 hesablı heç-heçə edib, “Sumqayıt” isə “Keşlə”yə uduzub - 1:3.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:46]
Çempionlar Liqası: "Sabah"–“Slaviya Praqa” oyunu başlayıb
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]