“Səbail” klubu yeni ildə ilk məşqinə çıxıb
Bakı, 3 yanvar, AZƏRTAC
“Səbail” futbol klubu Azərbaycan Premyer Liqasında 2023-2024-cü illər mövsümünün ikinci mərhələsi üçün hazırlıqlara start verib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, kollektiv baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında bu gün “ASCO Arena”da yeni ildə ilk məşqini keçirib.
“Dənizçilər” hazırlığın növbəti mərhələsi üçün yanvarın 5-də Türkiyənin Antalya şəhərinə yola düşəcək. Komanda qonşu ölkədə iki yoxlama oyununda öz gücünü sınayacaq.
Komandanın rəqibləri Rumıniya Superliqasında çıxış edən “Universitatya” və Rusiya Premyer Liqasında mübarizə aparan “Fakel” klubları olacaq. Matçlar müvafiq olaraq, yanvarın 12-si və 15-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]