Səbail rayonu ərazisində xuliqanlıq edən şəxs barəsində cinayət işi başlanıb
Bakı, 5 iyun, AZƏRTAC
İyunun 3-də saat 1 radələrində Səbail rayonu ərazisində bir nəfərin xuliqanlıq zəminində Bakı şəhər sakini H.Hüseynovu hədələyərək odlu silahdan havaya atəş açması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini R.Salayev Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarışı idarəsi və Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Ondan müvafiq sənədləri olan “Vinçester” markalı ov tüfəngi götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]