Səfir: Çin-Azərbaycan strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi istiqamətində bütün səyləri göstərəcəyəm

Bakı, 15 aprel, AZƏRTAC
Əminəm ki, mənə şərəfli bir missiya və böyük məsuliyyət həvalə olunub. İki ölkənin dövlət başçılarının mühüm konsensusunu rəhbər tutaraq öz borcumu yorulmaz əzmlə, vicdanla yerinə yetirəcəyəm və Çin-Azərbaycan strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi istiqamətində bütün səyləri göstərəcəyəm.
AZƏRTAC xəbər verir ki, bunu Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Lu Mey deyib.
Pekin və Bakının qarşılıqlı faydalı əməkdaşlığa səy göstərən bərabərhüquqlu və etibarlı tərəfdaşlar olduğunu vurğulayan diplomat əlavə edib ki, 2024-cü ilin iyul ayında ÇXR Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyev Çin-Azərbaycan strateji tərəfdaşlığının qurulmasını elan ediblər və bu, ikitərəfli münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoymasına kömək edib.
Lu Mey iki ölkənin “Bir kəmər, bir yol” təşəbbüsünü yüksək keyfiyyətlə həyata keçirmək səylərinin səmərəli nəticələr verdiyini bildirib. Onun sözlərinə görə, hər iki ölkə daha ədalətli və rasional dünya nizamı qurmaq üçün çalışır.
Diplomat əlavə edib: “Çin xarici dünyaya yüksəksəviyyəli açılışı davamlı olaraq genişləndirəcək, ölkənin modernləşdirilməsinin geniş imkanlarını Azərbaycan da daxil olmaqla digər ölkələrlə bölüşəcək və bütün dünyada sabitlik və inkişafı təmin etmək üçün bəşəriyyət naminə ortaq gələcəyi olan icmanın qurulmasını təşviq etməyə davam edəcək”.
Səfir diqqətə çatdırıb ki, o, həmkarları ilə birlikdə xalqın maraqları naminə diplomatiya konsepsiyasını həyata keçirəcək, Çin vətəndaşlarını, tələbələri və həmvətənlərini konsulluq mühafizəsi və xidmətlərlə təmin edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.04.2025 [18:43]
Azərbaycanın xarici siyasəti müasir dövrdə: Şərqə və Asiyaya doğru TƏHLİL
- 22.04.2025 [18:00]
Milli Məclisin plenar iclasında 12 məsələ müzakirə edilib YENİLƏNİB VİDEO
- 22.04.2025 [14:53]
Azərbaycan və Əlcəzair XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
- 22.04.2025 [12:45]