Səfir: Qazaxıstan Füzuli rayonunda xəstəxana inşa etməyi planlaşdırır
Bakı, 13 mart, AZƏRTAC
Qazaxıstan Füzuli rayonunda xəstəxana inşa etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel Azərbaycan-Qazaxıstan Ekspert Şurasının martın 13-də Bakıda keçirilən üçüncü iclasında səsləndirib.
Onun sözlərinə görə, Azərbaycan-Qazaxıstan Ekspert Şurasının 3-cü iclasının Prezident Kasım-Jomart Tokayevin dövlət səfərindən sonra keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Ölkələrimiz arasında həyata keçirilən enerji layihələrindən ətraflı bəhs edən diplomat birgə əməkdaşlıq çərçivəsində xeyli sayda sənədin imzalandığını da diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [16:50]
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub
- 05.06.2026 [15:34]