SİYASƏT
Səfir: “Şərq tərəfdaşlığı” ölkələri ilə imzalanmış oxşar sazişlər Azərbaycanla da imzalanacaq
Bakı, 3 may, AZƏRTAC
Mətbuatın azad olunması informasiyaya hüquqi əldə etmək üçün çox yaxşı imkandır. Bu, yalnız jurnalistlər üçün deyil, eyni zamanda, insanlar üçün də vacibdir ki, onlar bu barədə məlumat alırlar. Bu da inkişaf etmiş cəmiyyətin əsas elementlərindən biridir.
AZƏRTAC xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə jurnalistlərlə görüşündə deyib.
Səfir vurğulayıb ki, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzrə intensiv danışıqlar davam edir. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması planlaşdırılan hərtərəfli saziş bir çox sahələri əhatə edir. Sazişin imzalanmasına ehtiyac olduğunu həm Azərbaycan, həm də Avropa İttifaqı anlayır. Avropa İttifaqı artıq Şərq Tərəfdaşlığı ölkələri ilə oxşar sazişlər imzalayıb. Ümid edirik ki, tezliklə Azərbaycanla da belə saziş imzalanacaq.