Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səfir Vaqif Sadıqov Azərbaycan-Malta əlaqələrinin inkişaf perspektivləri haqqında

Səfir Vaqif Sadıqov Azərbaycan-Malta əlaqələrinin inkişaf perspektivləri haqqında

Valletta, 17 yanvar, AZƏRTAC

“Times of Malta” qəzetinin saytında Azərbaycanın İtaliyada, eyni zamanda Malta və San-Marinodakı səfiri Vaqif Sadıqovun müsahibəsi yerləşdirilib.

Müsahibənin əvvəlində “Times of Malta”nın jurnalisti yazır ki, son zamanlar Azərbaycan-Malta münasibətləri yerli mətbuatın diqqət mərkəzindədir. Bu, müsbət haldır. Çünki bu, Maltanın yeni tərəfdaş ölkələrlə əlaqələrin inkişafında maraqlı olduğunun göstəricisidir. Digər tərəfdən, bu maraq əməkdaşlığı dərinləşdirmək üçün geniş imkanları olan Azərbaycan kimi bir ölkə haqqında Maltada daha çox məlumata ehtiyac duyulduğuna işarə edir.

Səfir müsahibəsində əsasən Azərbaycanın xarici siyasət prioritetləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Malta ilə əlaqələr, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı və digər məsələlərə toxunub. O deyib: “Azərbaycanda milli maraqların, siyasi, iqtisadi, sosial sahədə əldə olunan nailiyyətlərin sütununu təşkil edən müstəqil, fəal və çevik xarici siyasət yeridilir. İkitərəfli və çoxtərəfli münasibətlərimiz beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, beynəlxalq öhdəliklərə uyğun şəkildə qurduğumuz xarici siyasətin tərkib hissəsidir. Azərbaycan digər dövlətlərlə strateji əməkdaşlıq əlaqələrini yaxşı qonşuluq münasibətləri prinsipi ilə, daxili işlərə qarışmamaq, bərabərlik, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq çərçivəsində qurur. Coğrafi, tarixi, geosiyasi amillərlə əlaqədar olaraq Azərbaycanın xarici siyasəti təkcə bir regionla məhdudlaşmayaraq Cənubi Qafqazla yanaşı, Xəzər regionu, Cənub-Şərqi Avropa, Mərkəzi Asiya, İslam dünyası, postsovet və Avratlantik məkanı da əhatə edir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi tanınır, bir çox ölkələr Azərbaycanla sıx əməkdaşlıq etmək arzusundadır”.

V.Sadıqov diqqətə çatdırıb ki, Azərbaycan üçün ən mühüm məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir: “Azərbaycanın suverenliyinin kobud şəkildə pozulmasına beynəlxalq birliyin biganə münasibəti 1990-cı illərdən sonra Gürcüstan, Moldova, bu gün isə Ukraynada da oxşar vəziyyətlərlə nəticələnib”. Səfir Azərbaycanın müstəqilliyinin və suverenliyinin qorunmasının, Ermənistanın təcavüzünün qarşısının alınmasının, iqtisadi maraqlarımızın, enerji və nəqliyyat strategiyamızın təşviq edilməsinin, Azərbaycanla bağlı həqiqi məlumatların dünyaya çatdırılmasının və xarici ölkələrdəki Azərbaycan diasporu ilə əlaqələrin ölkəmizin xarici siyasət prioritetlərindən olduğunu diqqətə çatdırıb. O deyib: “Bu baxımdan Azərbaycan Malta ilə münasibətlərin gücləndirilməsində də maraqlıdır. Bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, maliyyə, enerji, mədəniyyət, təhsil, turizm kimi sektorlarda gələcək əməkdaşlıq üçün yaxşı imkanlar var”.

Avropa İttifaqı ilə əlaqələrdən danışan V.Sadıqov bu münasibətləri hər iki tərəfin qarşılıqlı faydalana biləcəyi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyin vacibliyini vurğulayıb: “Maltanın Baş naziri Cosef Muskatın ötən ilin sonunda Azərbaycana baş tutmuş səfəri önəmli bir hadisə idi. Baş nazirin Prezident İlham Əliyevlə və azərbaycanlı həmkarı ilə görüşü ikitərəfli əlaqələrin hazırkı vəziyyətini və perspektivlərini, habelə hər iki ölkəni maraqlandıran beynəlxalq məsələləri müzakirə etmək baxımından vacib idi. Səfər çərçivəsində imzalanan sənədlər gələcək əməkdaşlığımıza cığır açdı”.

Səfir vurğulayıb ki, Azərbaycan Aİ üçün siyasi, təhlükəsizlik və iqtisadi sahələrdə önəmli tərəfdaşa çevrilməkdədir və ölkəmizin təşəbbüsü ilə gerçəkləşən layihələr Malta da daxil olmaqla bütün Avropa üçün faydalı olacaq. Bu baxımdan TANAP və TAP layihələrini xüsusi vurğulamaq lazımdır. 2019-cu ilədək başa çatdırılması nəzərdə tutulan bu layihələr Avropanın enerji mənzərəsini dəyişdirəcək.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) fəaliyyətindən danışan V.Sadıqov qurumun Maltada həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğunu qeyd edib. Bildirib ki, Enemalta Korporasiyasını 18 il müddətində elektrik enerjisi və maye qazla təchiz edəcək yeni elektrik stansiyasının tikilməsi layihəsində ARDNŞ-in payçı şirkətlərdən biri olması bu baxımdan önəmli amildir: “ARDNŞ neft və qaz sənayesi üzrə müxtəlif layihələrin reallaşmasında maraqlı tərəfdir. Bir çox ölkələrdə fəaliyyətini genişləndirən qurumun inkişaf strategiyasında Maltada həyata keçirilməsi nəzərdə tutulan layihələr də önəmli yerdədir”.

Maqsud Dadaşov

AzərTA-cın xüsusi müxbiri

Valletta

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib