İQTİSADİYYAT
Şəhərsalma və Arxitektura Komitəsi Dubayda COP28 çərçivəsində Azərbaycan pavilyonunda təmsil olunacaq
Bakı, 30 sentyabr,AZƏRTAC
Bu ilin dekabr ayında Dubay şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin 28-ci Konfransında “Urbanizasiya və şəhərsalma” adlı xüsusi tematik gün nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.
Nazir deyib ki, həmin gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi COP28 çərçivəsində Azərbaycanın təşkil edəcəyi ölkə pavilyonunda təmsil olunacaq və müvafiq mövzuda paralel tədbir keçirəcək.