Şəhid ailəsi üzvlərinin teatra səfəri təşkil olunub

Bakı, 18 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Sumqayıt Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə şəhid ailəsi üzvlərinin teatra səfəri təşkil olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, teatrda tanınmış dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin “20 ildən sonra” pyesi əsasında hazırlanmış eyn adlı səhnə əsəri nümayiş olunub.
Tamaşanı izləyənlər arasında şəhid ailələrinin 15 üzvü də olub.
Teatrın baş rejissoru, Prezident mükafatçısı, Xalq artisti Firudin Məhərrəmov bildirib ki, tamaşa dramatik aktyor, quruluşçu rejissor, Əməkdar artist Namis Şirməmmədovun anım gününə həsr olunub.
Ayrı-ayrı səhnələri öz dramatizmi və aktyor oyununun təbiilikləri ilə diqqətçəkən səhnə əsəri teatrsevərlər, o cümlədən şəhid ailələrinin üzvləri tərəfindən alqışlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2025 [19:09]
MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib
- 16.05.2025 [18:48]
Azərbaycan Aktauda keçirilən beynəlxalq forumda təmsil olunub
- 16.05.2025 [18:47]
Xocasəndə taxta sexində baş verən yanğın söndürülüb - YENİLƏNİB
- 16.05.2025 [18:46]
AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
- 16.05.2025 [18:32]
Gənclər arasında “Legal Ring” intellektual yarışı keçirilib
- 16.05.2025 [18:00]