Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhid pilotun anım mərasimində Zəfər nəğmələri səslənib VİDEO

Bakı, 2 noyabr, AZƏRTAC

“Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən bu il noyabrın 8-i ilk dəfə olaraq ölkəmizdə təntənəli şəkildə, ümumxalq bayramı kimi qeyd ediləcək. Sərəncamda bildirilib ki, Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu...

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin gələcəyini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi Zəfər çaldı...

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikamızın hər yerində olduğu kimi, Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində də Zəfər Günü ərəfəsində silsilə tədbirlər həyata keçirilir. “Zəfər yolunun qəhrəmanları” layihəsi həm Ordumuzun şəxsi heyəti, həm də ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb.

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin klubunda reallaşan növbəti tədbirdə Vətən müharibəsində möhtəşəm Qələbənin qazanılmasında müstəsna xidmətləri olan Hərbi Hava Qüvvələrimizin şəhid pilotu polkovnik Zaur İsmayıl oğlu Nudirəliyevin xatirəsi ehtiramla yad edilib.

Müdafiə Nazirliyinin, Nərimanov Rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, şəhid ailələri, mədəniyyət və elm xadimləri, Bakı Qarnizonundakı hərbi hissələrin və xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi qulluqçuları, kursantlar, müharibə iştirakçıları və qazilərin iştirak etdikləri tədbirdə əvvəlcə şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut elan edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Layihənin müəllifi polkovnik Abdulla Qurbani bildirib ki, bugünkü teatrlaşdırılmış ədəbi-musiqili tamaşanın baş qəhrəmanı ulu öndər Heydər Əliyevin 50 il öncə - 1971-ci ildə yaratdığı indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirməsidir. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində xalqımızın haqlı olaraq “Heydər Əliyev Məktəbi” adlandırdığı bu təhsil ocağından pərvazlanan peşəkar zabitlər əsl qəhrəmanlıq, mərdlik və şücaət nümunələri göstərərək müasir hərb tariximizə parlaq səhifələr yazıblar.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, eləcə də bu məktəbin Naxçıvan filialının bazasında yaradılan Heydər Əliyev adına Hərbi Liseyin yüzlərlə yetirməsi olan zabitlər bütün qoşun növlərində təmsil olunaraq Ulu Öndərin arzularının həyata keçməsi, Qarabağın işğaldan azad olunması uğrunda döyüşlərdə fəal iştirak edərək xalqımızın 30 illik həsrətinə son qoyublar. Onlardan bir neçəsi respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi naminə hərbi əməliyyatlarda öz canlarından, qanlarından keçərək şəhidlik zirvəsinə ucalıb, neçəsi döyüşlərdə sağlamlığını itirib, neçəsi isə bu gün də ordu sıralarında dövlətimizin təhlükəsizliyi, sərhədlərimizin toxunulmazlığı naminə xidmətlərini şərəflə davam etdirir, düşmən təxribatlarının qarşısını qətiyyətlə alırlar.

Sonra A.Qurbani şəhid polkovnik Zaur Nudirəliyevin həyat və döyüş yolu ilə bağlı ətraflı məlumat verib. Bildirilib ki, Zaur Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakıda anadan olub. 1995-ci ildə Cəmşid Naxçıvanski adına İbtidai Hərbi Məktəbi (indiki Cəmşid Naxçıvanski adına Hərbi Lisey), 1999-cu ildə Türkiyə Respublikası Hərbi Təyyarəçilik Məktəbini uğurla bitirib.

Aviasiya eskadrilyası aviasiya manqasının təyyarəçisi vəzifəsindən “Su-25” təyyarələri üzrə aviasiya eskadrilyasının komandiri vəzifəsinədək yüksəlib.

Vətən müharibəsi başlayanda polkovnik Zaur Nudirəliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xidmət edirdi. Müharibənin ilk günündən sevimli təyyarəsinin sükanı arxasına keçərək döyüş uçuşlarını müvəffəqiyyətlə həyata keçirib. Ağdərə-Tərtər, Füzuli-Cəbrayıl istiqamətlərində düşmənin hərbi bazalarının, döyüş mövqelərinin, zenit-raket komplekslərinin, radio-elektron mübarizə vasitələrinin, silah-sursat anbarlarının və digər infrastrukturunun darmadağın edilməsində xüsusilə fərqlənib. Düşmənə hərbi texnika və canlı qüvvə sarıdan ağır zərbələr vurub. İşğalçıların uzun illərdir betonlayıb bərkitdikləri bir çox bunker, istehkam tikililərinə sarsıdıcı, dağıdıcı zərbələr endirib.

Hərbi Hava Qüvvələrinin komandanı - müdafiə nazirinin müavini general-leytenant Ramiz Tahirovun 44 günlük Vətən müharibəsində hərbi aviasiyamızın xidmətləri barədə ətraflı çıxışı həm hərbi qulluqçuların, həm də qonaqların böyük marağına səbəb olub. Komandan milli şahinlərimizin və Hava Hücumundan Müdafiə hərbi qulluqçularının - görünməyən qəhrəmanların əfsanəvi igidliklərindən, yeni müharibə müstəvisinə gətirdikləri yeniliklərdən, alınan yeni nəsil təyyarə, helikopter, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə və digər aviasiya vasitələrindən milli şahinlərimizin peşəkarlıqla istifadə etdiklərindən, dünyanın bir çox ölkələrində, əsasən də qardaş Türkiyədə aldıqları təhsildən, beynəlxalq təlimlərdə əldə olunan təcrübələrdən Vətən müharibəsində səmərəli şəkildə və ustalıqla tətbiq etmələrindən qürurla danışıb.

General-leytenant Ramiz Tahirov Zaur Nudirəliyev və Ramiz Qasımov kimi bacarıqlı, təcrübəli şahinlərimizin həlak olmasını xalqımız və ordumuz üçün ağır itki hesab etsə də, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Hərbi Qənimətlər Parkında təltif olunan hərbi qulluqçularla görüşdə dediyi fikirləri xatırladaraq şəhidlərin ailə üzvlərinin qazanılan böyük Zəfərlə təsəlli tapdıqlarını dilə gətirib: “Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı”.

Hərbi Hava Qüvvələrinin komandanı böyük Zəfərin qazanılmasında xidmətləri olan hər bir döyüşçünün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif olunduğunu qeyd edərək vurğulayıb ki, polkovnik Zaur Nudirəliyevin xidmətləri də dövlət səviyyəsində yüksək qiymətləndirilib. Bir neçə gün ərzində 13-cü döyüş uçuşunu da uğurla yerinə yetirib şəhidlik zirvəsinə ucalan igid pilotumuza Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi, onun “Vətən uğrunda”, Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunması şəhid pilotun xidmətlərinə göstərilən ən yüksək dəyərdir.

Polkovnik Zaur Nudirəliyevin ölümündən sonra təltif olunduğu iki medal - “Cəbrayılın azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları da alqışlar altında komandan tərəfindən şəhidin həyat yoldaşı Nazilə Nudirəliyevaya təqdim edilib.

Şəhidin dəfnində onun iki yadigar övladını atalarının adına layiq böyüdüb, tərbiyə edəcəyinə and içən Nazilə xanımın dediyi “Vətən sağ olsun!” kəlmələri alqışlarla qarşılanıb.

Milli Məclisin deputatı Hikmət Babaoğlu, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-leytenant Füzuli Salahov və Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazandığımız Qələbənin tarixi əhəmiyyətindən, ordu-xalq birliyindən iftixar hissi ilə danışıb, Zəfər yolunun qəhrəmanlarını hörmətlə yad edib, onların xatirələrinin bundan sonra da əziz tutulacağına əminliklərini bildiriblər.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, akademik Muxtar İmanov Vətən müharibəsində möhtəşəm Zəfərin qazanılmasında müasir silahların, yeni texnikaların böyük rolu ilə yanaşı, milli-mənəvi dəyərlər əsasında tərbiyə edilən müasir Azərbaycan döyüşçüsünün vətənpərvərlik hissinin, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun da az rol oynamadığını söyləyib. Azərbaycan folklorundan, xalq yaradıcılığından o cümlədən möhtəşəm “Dədə Qorqud” boylarından nümunələr gətirən akademik Ulu Öndərin vaxtilə söylədiyi bir fikrin bu gün də aktual olduğunu diqqətə çatdırıb və Azərbaycan əsgərinə şəhidlərimizin qəhrəmanlıq ənənələrini bundan sonra da uğurla davam etdirməyi arzulayıb. O deyib: “Mən inanıram ki, hərbi qulluqçularımız Ulu Öndərdən miras bu kəlamları heç vaxt unutmayacaqlar: “Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”.

Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov və “Azərbaycan Bayrağı” ordenli ehtiyatda olan polkovnik-leytenant Etibar Camalov şəhid polkovnik Zaur Nudirəliyevin təhsil aldığı Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunları olduqları üçün fəxr etdiklərini və bu gün də Azərbaycan naminə Prezident, Müzəffər Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını bəyan ediblər.

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun “Qorqud” ansamblının (ansamblın rəhbəri Əməkdar artist Nuriyyə Hüseynovadır), Bakı Bələdiyyə Teatrı aktyorlarının və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi yaradıcı heyətinin iştirakı ilə təqdim olunan ədəbi-musiqili kompozisiya və Zəfər nəğmələri böyük maraqla qarşılanıb.

Tədbirdən sonra şəhid Zaur Nudirəliyevin dəfn edildiyi İkinci Şəhidlər xiyabanı ziyarət olunub, məzarı önünə əklil və güllər düzülüb.

“Zəfər Yolunun Qəhrəmanları” layihəsi çərçivəsində vətənpərvərlik tədbirləri davam edir.

 

Şəhid pilotun anım mərasimində Zəfər nəğmələri səslənib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası