Şəhid və qazi ailələri ziyarət olunub
Bakı, 16 fevral, AZƏRTAC
“Əsgərə xatirə kitabı” layihəsi çərçivəsində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Ağstafa və Tovuz rayonlarında şəhid və qazi ailələri ziyarət olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi qulluqçular, “Əsgərə xatirə kitabı” layihəsinin rəhbəri Nuranə Şıxəliyeva və icraçı direktoru Məltəm Şıxəlıyeva 43 şəhid, 6 qazi və əsirlikdən azad olunmuş 1 vətəndaşımızın ailəsini ziyarət ediblər.
Görüşlər zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, söhbətlər aparılıb, ailələrə hədiyyələr və sovqatlar təqdim olunub.