Şəhidin həyat yoldaşı: Bu xəbər bizim üçün bir təsəlli oldu
Bakı, 1 noyabr, AZƏRTAC
Ələkbərin yoxluğu bizdə dərin iz buraxıb. Onun qalıqlarının tapılma xəbərini aldıqda yaşadığım hissləri ifadə etməkdə çətinlik çəkirəm. Bir həftə əvvəl mənə zəng edib tapıldığını dedilər. İtkin düşməsi bizi illərlə üzüb-sarsıtdı. Sanki yenidən 1992-ci illərə qayıtdıq. Mən onunla qürur duyuram.
AZƏRTAC xəbər verir ki, bu sözləri Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və şəxsiyyəti müəyyənləşdirilərək bu gün dəfn edilən şəhid Ələkbər Babayevin həyat yoldaşı Natəvan Babayeva jurnalistlərə açıqlamasında söyləyib.
Ələkbər Babayevin 1992-ci il noyabrın 10-da döyüşə gedərkən ailəsi ilə son görüşünü Natəvan xanım belə xatırlayır: “Son dəfə bacımın oğlunun ad günündə bir araya gəldik, danışdıq, güldük. Sonra Ələkbər dedi ki, Xocalıda gördüyü uşaqların halına dözə bilmir, döyüşə yollanacaq. Mən çox yalvardım, getməməsini xahiş etdim, çünki uşaqlarımız çox kiçik idi, amma o, sözündə qətiyyətli idi”.
“Əvvəlcə Ağdərədə döyüşdü, sonra Füzulidə. Ən son döyüşü isə Tərtərdə oldu, elə orada da itkin düşdü. Onun qalıqlarının tapılması xəbəri bizim üçün bir təsəlli oldu”, - deyə Natəvan Babayeva bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [10:22]
Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO
- 15.06.2026 [08:30]
Böyük Qayıdışdan Qurtuluşa aparan yol
- 14.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 14.06.2026 [19:28]
Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib
- 14.06.2026 [19:10]
FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb
- 14.06.2026 [18:32]
Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]