Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhidlik zirvəsinə ucalan, “Vətən uğrunda” medalı ilə təltif edilən lənkəranlı müəllim

Lənkəran, 21 dekabr, Bağır Əliyev, AZƏRTAC

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Ehtiram Hüseynli Lənkəran şəhər 6 nömrəli tam orta məktəbdə hərbi rəhbər, çağırışaqədərki hazırlıq fənni üzrə müəllim işləyirdi. Belə bir insan haqqında keçmiş zamanda danışmaq çox çətindir. Bir neçə ay bundan qabaq çiyin-çiyinə işlədiyimiz, səmimi, mehriban, həyat dolu bir insan artıq aramızda yoxdur...

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə məktəbin direktoru, Əməkdar müəllim Akif Xalıqov söyləyib.

Ehtiram müəllimin həm müəllim kollektivi, həm də şagirdlər arasında böyük hörmətə və nüfuza malik olduğunu bildirən məktəb direktoru qeyd edib ki, o, təbiətcə mehriban olsa da, hərbçilik həyatından irəli gələn sərtlik xüsusiyyətləri bu insanın xarakterində, sözün əsl mənasında, özünün ən gözəl əksini tapmışdı.

Ehtiram Hüseynli ali təhsilini başa vurduqdan sonra Lənkəran şəhər 6 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətə başlamışdı. Lakin, içində hərb sənətinə olan sevgi, Vətən keşiyində durmaq istəyi onu bir gün də olsun rahat buraxmırdı. Və bir gün hərbi komissarlığa gedərək könüllü şəkildə hərbi xidmətə getmək istəyini bildirir.

İki il hərbi xidmət keçdikdən sonra ailə vəziyyəti ilə əlaqədar hərbi xidmətini başa vurub yenidən mülki həyata qayıdır. Yenə də məktəbdə hərbi rəhbər kimi fəaliyyətini davam etdirir.

Vətən qarşısında borcunu yerinə yetirməyin başqa bir yolu da vətənpərvər gənclər yetişdirməkdir. Ehtiram Hüseynli də məhz bu amala söykənərək pedaqoji fəaliyyətini daha şövqlə davam etdirməyə başladı. Hər il məktəblilər arasında keçirilən hərbi yarışlarda Ehtiram müəllim xüsusi fəallıq göstərir, bütün yarışlardan qələbə ilə qayıtmağı qarşısında əsas vəzifə qoyurdu. Məhz bunun nəticəsi idi ki, dəfələrlə rayon, zona və respublika üzrə yarışlarda mükafatlara layiq görülmüşdü.

Məktəbin dil-ədəbiyyat müəllimi Cabir Məmmədov Ehtiramla bağlı xatirələri yada salaraq deyir: “Yarışlara hazırlaşarkən məktəbimizdə qeyri-adi bir mənzərə yaranırdı. Məktəbin həyətindən ucalan əsgər mahnılarının sədası nəinki siniflərdə dərs keçən müəllimlərin, şagirdlərin işinə mane olmurdu, əksinə hamı bu səsin ecazkar sehrinin təsiri ilə qeyri-adi bir ruh və həvəslə çalışırdı. O, şagirdləri sanki son döyüşə hazırlayırmış kimi ciddi nizam-intizama çağırır, ən xırda detalları belə gözdən qaçırmırdı. Şagirdlərin gözlərinə baxdıqda onlardakı həvəsi, Vətənə olan sevgini görməmək mümkün deyildi. Sanki birbaşa cəbhə bölgəsinə yollanıb düşmənlə son savaşa çıxacaqdılar. Elə bunun nəticəsi idi ki, Vətən müharibəsində Fərid və Sənan kimi iki şagirdimiz də qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə ucaldılar...”

İgid döyüşçü məktəbdə iş yoldaşları ilə söhbət zamanı tez-tez Qarabağ məsələsinə toxunar və torpaqlarımızın hərbi yolla alınmasına inamını ifadə edərdi. Bu mövzuda söhbətlər zamanı ən çox verdiyi sual da bu olardı: “Müharibə başlasa, döyüşə gedərsənmi?”

O, iki dəfə könüllü olaraq hərbi komissarlığa gedərək döyüşmək istədiyini bildirmişdi. Hər dəfə də “ehtiyac yoxdur” cavabını almışdı. Amma, bu dəfə Vətənin ona ehtiyacı oldu. O da Vətən qarşısında borcunu yerinə yetirmək üçün bu çağırışa - Ana Vətənin çağırışına bir layiqli övlad kim səs verdi.

Ehtiram Hüseynli baş leytenant idi. Rəhbərlik etdiyi bölük Cəbrayıl, Füzuli və Qubadlı uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərmişdi. Dəfələrlə ailəsi, yaxınları, iş yoldaşları ilə telefon əlaqəsi saxlayarkən qələbənin tezliklə olacağını bildirirdi. Göstərdikləri qəhrəmanlıqdan, azad etdikləri yerlərdən fərəhlə söhbət açırdı.

Onun ən böyük arzusu isə Şuşaya Azərbaycan bayrağını sancmaq idi. Lakin, bu, ona qismət olmadı. Özü də şəhid olacağını artıq hiss etmişdi. Ailəsinə zəng edərək hazırlıq görməyi, ev-eşiyə əl gəzdirməyi tapşırmışdı, “Dörd günə gələcəyəm” demişdi. Dediyi kimi də oldu, dörd gündən sonra evinə qayıtdı, amma öz ayağı ilə deyil, insanların çiynində, üçrəngli bayrağa sarılmış halda...

İgid döyüşçümüzün son döyüş yolu Qubadlıdan keçdi və Vətən torpağı şəhidimizin al qanı ilə bir qədər də müqəddəsləşdi.

Ehtiram müəllim hər günə son gün kimi baxar, həyatdan zövq almağa, ailəsı və yaxın dostları ilə vaxtını birgə keçirməyi çox sevərdi. Gələcəklə bağlı çox da plan qurmazdı. Dindar adam idi və həyatda ən böyük arzusu şəhadətə qovuşmaqdı.

2019-cu ildə çoxdan arzuladığı Kərbəla ziyarətinə getmişdi. Yaxınları soruşanda ki, Ağanın məzarında Allahdan ən çox nə istədin? Ehtiram cavabında qısa və konkret şəkildə demişdi: Şəhidlik.

Bir il əvvəl oktyabrın 24-də Kərbəla ziyarətindən qayıtmışdı və bu il oktyabrın 24-də isə torpağa tapşırıldı. Xoş o insanların halına ki, həyatını arzuladığı kimi sonlandıra bilirlər. Ehtiram müəllim kimi...

Kollektivdə hər işdə öndə olurdu Ehtiram müəllim. Gənclərə aşıladığı vətənpərvərlik hissi onu həmişə yarışlarda qalib olmağa səsləyirdi. Oğul kimi yaxşı övlad idisə, müəllim olaraq vətənpərvər və yaradıcı insan idi. Lənkəran şəhər 6 nömrəli tam orta məktəb liseyində sinifdə və məktəb tədbirlərində hərbi intizam yarada bilmişdi.

Məktəb rəhbərliyi çıxışlarında qeyd edirdi ki, Ehtiram müəllim ömrünü məktəbə həsr edən insandır.

Vətən müharibəsi başlayanda könüllülərdən ilk müraciət edənlərdən biri də Ehtiram olmuşdu. O, müharibəyə gedərkən ömür-gün yoldaşına demişdi: “İnşallah, torpaqları işğalçılardan azad etməyə, zəfər simvolunu almaq üçün Vətənin çağırışına gedirəm”.

Onu müharibəyə yola salanlar ailəsi və yaxınları idisə, qarşılayanlar el oldu.

Vətən boyda ürək ona yeni ad qazandırdı. Vətən uğrunda qəhrəmanlıq göstərdiyinə görə Prezident İlham Əliyev onu “Vətən uğrunda” medalı ilə təltif etdi. Bu medalı döyüş meydanında aldın və şəhidlik zirvəsinə ucaldın Ehtiram müəllim. Ruhun şad olsun!

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır