Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səhiyyə Nazirliyinin baş endokrinoloqu: COVID-19 zob xəstələri üçün xüsusi risk daşımır

Səhiyyə Nazirliyinin baş endokrinoloqu: COVID-19 zob xəstələri üçün xüsusi risk daşımır

Bakı, 28 iyun, AZƏRTAC

Zob xəstəliyi, onun növləri, yaranma səbəbləri, müalicə üsulları, koronavirusun bu xəstəliyə təsiri barədə AZƏRTAC-ın suallarını Səhiyyə Nazirliyinin baş endokrinoloqu Babək Salek Qənnadi cavablandırıb. Müsahibəni oxucularımıza təqdim edirik.

-Qalxanabənzər vəzi xəstəliklərinin yaranmasına səbəb nə olur?

-Qalxanabənzər vəzi xəstəliklərinin yaranmasının bir sıra səbəbləri var. Burada ətraf mühit, genetik faktorlar və immunitet sistemi mühüm rol oynayır. Nəzərə almaq lazımdır ki, qalxanabənzər vəzi xəstəliyinin növləri çoxdur. Diffuz zob, düyünlü zob, qarışıq zob (diffuz-düyünlü) və s. xəstəliyin strukturuna görə növləridir. Qeyd edim ki, xəstəliklərin hər birinin gedişi fərqlidir. Funksiyasına görə isə, qalxanabənzər vəzi xəstəliyinin eutrioid, hipertrioid, hipotrioid növləri var. Statistikaya əsasən, dünya əhalisinin təxminən 25-30 faizində zob xəstəliklərinə rast gəlinir. Lakin onu da qeyd etmək lazımdır ki, çox xəstə onda qalxanabənzər vəzi xəstəliyinin olduğundan xəbərsizdir. Məsələn, eutrioid zob xəstələri bir sıra hallarda heç bir narahatlıq hiss etməsələr də, həkim ultrasəs müayinəsi zamanı xəstəliyi aşkar edir. Hətta eutrioidli zobun müalicəsinə bəzən ehtiyac olmur.

-Zob xəstəliklərinin ilkin simptomları hansılardır?

-Toksiki zob xəstələrində tərləmə, gözlərdə qamaşma və əsəbilik tez-tez rast gəlinən əlamətlərdir. Belə xəstələrin iştahası yaxşı olsa da, kökəlmirlər, həmçinin sutka ərzində bir neçə dəfə böyük bayıra çıxırlar. Zəhərli zob zamanı bədən temperaturu yüksəlir və ürək döyüntüsü çoxalır. Ona görə də, belə xəstələr taxikardiya şübhəsi ilə adətən kardioloqa müraciət edirlər. Bəzən isə xəstədə endokrinoloji səbəblərdən dombagözlük (ekzoftalm) yarandıqda, o, məlumatsızlıqdan müayinə üçün oftalmoloq yanına gedir.

Xəstəliyin hipotrioid növündə simptomlar dəyişə bilər. Məsələn, dırnaqlar qırılır, saçlar və qaşlar tökülür, köp və qəbizlik halları artır, təngnəfəslik və bədəndə şişkinlik müşahidə edilir. Hipotrioid zamanı nəbz aşağı düşə və ya normada da qala bilər. Hətta belə xəstələrdə bədən temperaturu da normadan aşağı düşür. Xəstələr eutriod zobu bir sıra hallarda simptomsuz keçirə bilirlər.

-Risk qrupuna kimlər aiddir?

-Radiasiya ilə işləyənlər qalxanabənzər vəzi xəstəliklərinə daha tez tutula bilərlər. Faktdır ki, Çernobıl hadisəsindən sonra Ukrayna və Belarusda zobdan əziyyət çəkənlərin sayı xeyli artdı. Bundan başqa, əvvəllər yod çatışmazlığı səbəbindən müəyyən regionların əhalisində endemik zob geniş yayılmışdı. Hazırda isə Azərbaycanda endemik zoba, demək olar ki, rast gəlinmir. Çünki ölkənin hər yerində yodlaşdırılmış duzdan istifadə olunur. Yəni, duzların tərkibinə 95-98 faiz hallarda yod əlavə edilir. Lakin tarixən endemik zobun yayıldığı bir sıra bölgələrdə - Şəki, Qax, Şamaxı kimi rayonlarda bu xəstəliyə qarşı genetik meyillilik müşahidə olunur. Belə olan halda, zob xəstələri digərləri ilə müqayisədə həmin regionlarda daha çox olur. Revmatizm və allergik xəstəliklər də qalxanabənzər vəziyə mənfi təsir göstərir. Diqqət etsək görərik ki, zob xəstələrində, adətən, həm revmatizm, həm də allergiya olur. İmmunitetdə dəyişiklik olduğuna görə, bədən öz hüceyrələrinə qarşı anticisimlər ifraz etməyə başlayır. Anticisimlərin ifrazı isə trioidlərə təsir göstərir və nəticədə, xəstəlik baş qaldırır.

-Zob xəstəliklərinin müalicəsi necə aparılır?

Məsləhətdir ki, müalicəyə başlamazdan əvvəl zobun növü müəyyən edilsin. Toksiki zob xəstəliyinin müalicəsi 3 tipdir: dərman preparatları ilə, radioaktiv maddələrlə müalicə və cərrahi əməliyyat. Həkimlərə məsləhətim budur ki, əgər triostatik preparatlarla müalicə zamanı 1,5 il, maksimum 2 il ərzində nəticə əldə olunmazsa, zəhərli zob yenidən baş qaldırarsa, xəstə mütləq əməliyyata alınmalıdır. Çünki bu dərman vasitələri ağ qana (leykositlərə) pis təsir göstərir. Bu səbəbdən, monoqrafiyalarda triostatik preparatlardan 2 ildən artıq müddətdə istifadənin zərərli olduğu qeyd edilir. Həkimlər bəzi hallarda xəstələrə yanlış məlumat verərək qeyd edirlər ki, - “düyünə bıçaq dəyməməlidir”. Mən heç bir kitabda belə məlumatla rastlaşmamışam və bu, tamamilə yanlışdır. Qalxanvari vəzidə başlanğıc vəziyyətdə xərçəng müəyyən edildikdə, xəstəni dərhal əməliyyata göndərirəm. Təcrübəmdən deyə bilərəm ki, 2001-ci ildə xəstədə qalxanabənzər vəzidə xərçəng müəyyən etdik və o dərhal əməliyyat olunduqdan sonra vəziyyəti xeyli yaxşılaşdı. Pasiyentim hazırda Ukraynada yaşamasına baxmayaraq, müşahidə altındadır və daim mənimlə təmasdadır. Yəni, xəstəliyin növü vaxtında müayinə olunarsa və müalicə üsulu vaxtında doğru seçilərsə, xəstəliklərdən qurtulmaq bir çox hallarda mümkündür.

-Qalxanvari vəzi xəstəliklərindən əziyyət çəkənlər yeni növ koronavirus infeksiyasını (COVID-19) necə keçirirlər?

- COVID-19 zob xəstələri üçün xüsusi risk daşımır. Əlbəttə ki, düşmən “bir” olduqda, orqanizm onunla daha yaxşı mübarizə aparır, amma çoxaldıqca çətinləşir. Koronaviruslu xəstədə üstəlik toksiki zob da varsa, hər ikisinin müalicəsi yanaşı aparılmalıdır. Çünki zob xəstəliklərinin simptomları ilə COVID-19 fəsadları üst-üstə düşərsə, xəstəliklər kəskinləşər.

-Zob xəstəlikləri COVID-19 əleyhinə peyvənd vurdurmaq üçün əks göstəriş hesab olunurmu?

-Xeyr. Ümumdünya Səhiyyə Təşkilatı da zob xəstəliklərinin vaksin vurdurmaq üçün əks göstəriş olduğuna dair məlumat paylaşmayıb. İstənilən halda, peyvəndləmədən öncə həkimlə məsləhətləşmə aparmaq labüddür. Ağır, orta və yüngül dərəcəli toksiki zoblar var. Belə ki, xəstənin vəziyyəti ağırdırsa, koronavirus əleyhinə peyvənd olunmaq hipertrioidin güclənməsinə səbəb ola bilər. Belə olan halda, müalicə ilə vəziyyət stabilləşəndə, misal üçün, toksiki zob eutrioid vəziyyətinə gələndə vaksin vurdurmaq mümkündür. Qeyd etmək yerinə düşər ki, kollektiv immunitetin formalaşması sayəsində koronavirusdan xilas olmaq üçün əhali tez bir zamanda vaksinasiyadan keçməlidir.

-Azərbaycanda qalxanabənzər vəzi xəstəlikləri ilə bağlı statistika necədir?

-Statistikaya əsasən, ölkə üzrə 30 min zob xəstəsi var. Lakin bu göstəricilər həqiqəti əks etdirmir. Çünki özəl klinikalarda müalicə alıb poliklinikalarda qeydiyyata alınmayan xəstələr çoxdur. Buna əsasən demək mümkündür ki, ölkədə qalxanabənzər vəzi xəstəliklərindən əziyyət çəkənlərin sayı bəlkə də 1 milyona yaxındır. Lakin bununla bağlı monitorinq aparılmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib