“Səhra mətbəxi” müsabiqəsinin püşkatma mərasimi keçirilib
Bakı, 1 avqust, AZƏRTAC
Azərbaycanın hərbi aşpazları “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində avqustun 3-dən 15-dək Alabino poliqonunda keçiriləcək “Səhra mətbəxi” müsabiqəsinin püşkatma mərasimində iştirak ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dörd mərhələdən ibarət olan müsabiqənin püşkatmasının nəticələrinə əsasən hərbi aşpazlarımız birinci alt qrupda Qazaxıstan və Monqolustan komandaları ilə yarışacaqlar.
Hazırda hərbi aşpazlarımız “Səhra mətbəxi” müsabiqəsinə hazırlıqlarını davam edirlər.