ŞƏHRİYAR MƏMMƏDYAROV VƏ TEYMUR RƏCƏBOV GÜCLÜ RƏQİBLƏRİNƏ QALİB GƏLMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Bakıda FİDE-nin Qran-Pri turnirinin aprelin 30-da keçirilən 9-cu turunda Azərbaycan şahmatçıları uğurla çıxış etmişlər.
Qara fiqurlarla oynayan Şəhriyar Məmmədyarov Çexiya təmsilçisi David Navaraya qarşı Siciliya müdafiəsini tətbiq edərək, güclü hücuma keçmişdir. Çexiyalı qrossmeysteri əks-hücumdan məhrum edən həmyerlimiz 44-cü gedişdə rəqibini saatı dayandırmağa məcbur etmişdir.
Maraqlıdır ki, bu turda ağ fiqurlarla mübarizə aparan Teymur Rəcəbov da nüfuzlu rəqibi, Dünya Kubokunun sahibi Qata Kamskini 44-cü gedişdə udmuşdur. Həmin görüşdə də qara fiqurlarla Siciliya müdafiəsi seçilmişdir. Oyunun sonuna yaxın böyük mövqe üstünlüyü qazanan T.Rəcəbov endşpildə rəqibinə heç bir şans verməmişdir.
Turnirin liderlərindən biri olan Vüqar Həşimov isə qara fiqurlarla bolqarıstanlı İvan Çeparinovla görüşdə 30-cu gedişdə xalları yarı bölmüşdür.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınmışdır:
S.Karyagin-M.Karlsen 0.5:0.5, A.Qrişuk-E.İnarkiev 1:0, M.Adams-P.Svidler 1:0, E.Bakro-Vanq Yu 0.5:0.5
Doqquz turdan sonra turnirin yeganə lideri 6 xalla A.Qrişuk olmuşdur. V.Həşimov və Vanq Yu hərəyə 5,5 xalla 2-3-cü yerləri bölüşürlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]