Şəki Uşaq İncəsənət Məktəbinin şagirdlərindən növbəti uğur
Şəki, 22 mart, Mustafa Dadaşov, AZƏRTAC
Şəki şəhər Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsinin şagirdləri Səbinə Abdullayeva və Səmra Abdulhəmidzadə Ukraynada keçirilən “Show must go on 2021” adlı beynəlxalq onlayn müsabiqədə uğurla çıxış edərək, laureat adına layiq görülüblər. Məktəbin fortepiano şöbəsinin şagirdi Ləman Məmmədli isə müsabiqənin diplomu ilə təltif olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Şagirdləri müsabiqəyə hazırlayan müəllimlər Aynur Məsimova və Nigar Cəfərova təşkilat komitəsi tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıblar.