Şəki-Zaqatala bölgəsi üzrə məktəbəhazırlıq qruplarına 5719 uşaq cəlb olunub
Şəki, 3 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 2023-2024-cü dərs ili üzrə ilk məşğələlərə start verilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 2-dən etibarən Şəki rayonu üzrə 1771, Qax rayonu üzrə 323, Zaqatala rayonu üzrə 1183, Balakən rayonu üzrə 863, Oğuz rayonu üzrə 384, Qəbələ rayonu üzrə isə 1195 nəfər olmaqla, ümumilikdə 5719 uşaq məktəbəhazırlıq qruplarında tədrisə başlayıb.