Şəkidə 65 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır
Şəki, 12 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dənlilərin səpininə hazırlıq işləri davam etdirilir. Cari mövsümdə rayonda 33,5 min hektarı buğda, 31,5 min hektarı arpa olmaqla, 65 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır. Bu məqsədlə indiyədək təsərrüfatlarda 42,3 min hektardan çox sahədə şum qaldırılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, səpin aparılacaq sahələrin 16 min 704 hektarı suvarılan, 48 min 296 hektarı isə dəmyə torpaqlardır. Payızlıq dənlilərin səpini üçün 13 min tonadək arpa və buğda toxumu tələb olunur. Hazırda rayonda fəaliyyət göstərən 17 özəl taxıl toxumçuluq təsərrüfatında mövsümə ciddi hazırlıq işləri görülür. Tədarük olunan toxum təmizlənir və kombisiyaya çatdırılaraq satışa hazırlanır.
Şəkidə payızlıq dənlilərin səpininə oktyabrın birinci ongünlüyündə başlanılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:43]
Naxçıvan şəhərində 7,7 kilometrlik yolun asfaltlanmasına başlanılıb
- 05.06.2026 [17:49]
Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
- 05.06.2026 [17:40]
Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib
- 05.06.2026 [17:12]