Şəkidə bu günədək vətəndaşlara 81 min dozadan çox vaksin vurulub
Şəki, 30 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması koronavirus pandemiyasının qarşısının alınmasında ən mühüm amillərdən biridir. Hazırda Şəki rayonunda da bu proses uğurla davam edir. Əhalinin peyvəndlənməsi Şəki Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında, həmçinin bir neçə kənd həkim məntəqəsində həyata keçirilir. Prosesə başlandığı gündən indiyədək Şəki rayonu üzrə vətəndaşlara 81 min 457 doza vaksin vurulub.
Şəhər icra hakimiyyətində yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, indiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 46 min 723 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 34 min 734 nəfərdir.
Yaş qrupları üzrə indiyədək Şəki rayonunda 65 yaşdan yuxarı vətəndaşlara 7 min 852 doza, 50-64 yaş arasında vətəndaşlara 28 min 638 doza, 50 yaşadək vətəndaşlara isə 44 min 967 doza vaksin vurulub.