ŞƏKİDƏ GƏNCLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞDƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, şəhər gənclər və idman idarəsinin təşkilatçılığı ilə fevralın 2-də Şəki şəhərində Gənclər gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Rayon Telekommunikasiya Qovşağının konfrans zalında keçirilən tədbirdə şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İsgəndərovun “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məruzəsi dinlənilmiş və çıxışlar olmuşdur. Məruzə və çıxışlarda xüsusi vurğulanmışdır ki, məhz ulu öndərimiz Heydər Əliyevin Azərbaycan gəncliyinə sonsuz inam və məhəbbətinin məntiqi nəticəsidir ki, bu gün ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların dövlət quruculuğu işinə geniş cəlb olunması və ictimai-siyasi fəallığının artırılması üçün əlverişli şərait və möhkəm hüquqi baza yaradılmışdır və gənclər cəmiyyətimizin ən fəal qurucularına çevrilmişlər.
Həmin gün Şəki liseyində və Pedaqoji Texnikumda da dəyirmi masalar təşkil edilmiş, yerlərdə müxtəlif idman yarışları keçirilmişdir. Rayon gənclərinin nümayəndələri fevralın 3-də Şəki qarışıq tipli internat məktəbi şagirdlərinin qonağı olacaqlar.
Rayonda bayram tədbirləri davam edir.