ŞƏKİDƏ “İPƏK” BAYRAMI KEÇİRİLƏCƏK
Şəki şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadovanın sözlərinə görə, gələcəkdə ənənəvi beynəlxalq festivala çevrilməsi nəzərdə tutulan bu bayramın Şəkidə keçirilməsi heç də təsadüfi deyildir. Çünki bu diyar orta əsrlərdə nəinki Azərbaycanın, eləcə də Yaxın və Orta Şərqin ən böyük ipək istehsal edən mərkəzlərindən biri sayılırdı. Şəki sənətkarlarının xam ipəkdən hazırladıqları zərif parçalar, gözəl paltarlar tarixən xarici ölkələrə ixrac olunmuş, nəticədə Şəki ipəyi dünyada məşhurlaşmışdır. Bu ənənələr indi də davam etdirilir.
Şübhəsiz ki, xeyirxahlıq, sülh və gözəlliyin tərənnümünə çevriləcək “İpək” bayramı Şəki ilə qardaşlaşmış şəhərlər, habelə İpək yolu üzərində yerləşən ölkələr arasında dostluq və mədəni əlaqələri daha da möhkəmləndirəcək, xarici turistlərin Azərbaycana marağını daha da artıracaqdır.