Şəkidə kəsilmiş ağacların yerinə yeniləri əkilib
Bakı, 1 mart, AZƏRTAC
Şəki şəhərinin Mirzə Fətəli Axundzadə prospektində, “Əlövsət” şirniyyat evinin yaxınlığında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı həmin ərazidə, Şəki bələdiyyəsinə məxsus torpaq sahəsində iki ağacın şəhər sakini Rövşən Məmmədov tərəfindən kəsildiyi və köklərinin çıxarılaraq beton örtüklə örtüldüyü müəyyən olunub. Faktla bağlı akt və protokol tərtib olunub, R.Məmmədov barəsində qanunamüvafiq tədbir görülüb.
Xidmət rəsmisinin sözlərinə görə, kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, onlara aqrotexniki qulluq göstərilib. Ağacların qorunub mühafizə olunması məqsədilə Şəki bələdiyyəsinə müvafiq göstəriş verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [17:11]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [13:04]
Sabahın hava proqnozu açıqlanıb
- 05.06.2026 [19:15]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
- 05.06.2026 [19:05]
Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək
- 05.06.2026 [18:50]
Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]