ŞƏKİDƏ MAL-QARANIN CİNS TƏRKİBİYAXŞILAŞDIRILIR
Dayaq məntəqəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, təkcə bu il məntəqənin mütəxəssisləri 377 baş inək və camışda süni mayalandırma tədbirləri həyata keçirmişlər ki, bu da ötən ildəkindən 154 baş çoxdur. Damazlıq tədbirlərində əsasən ingiltərə, ABŞ, Rusiya və Hindistanın “Aberdin-anqus”, “Ala-qara”, “Kostroma”, “Mürrəh” və digər yüksək məhsuldar ətlik və südlük mal-qara cinslərinin toxumlarından geniş istifadə olunur. Az məhsuldar yerli cinslərdən fərqli olaraq, süni mayalandırma yolu ilə yetişdirilən bu inək və camışlar bir-neçə ildən sonra il ərzində 4-5 min kiloqram süd və 5-6 yüz kiloqram ət verə biləcəkdir ki, bu da rayonda heyvandarlıq məhsulları istehsalının dinamik artımına müsbət təsir göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]