Şəkidə Ramiz Mirişlinin 90 illiyinə həsr olunan konsert: “Hər mahnıda həyat var”
Şəki, 9 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Aprelin 9-da Şəki Dövlət Dram Teatrında Azərbaycanın tanınmış bəstəkarı, Xalq artisti Ramiz Mirişlinin 90 illik yubileyinə həsr olunmuş “Hər mahnıda həyat var” adlı konsert proqramı təqdim olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Şəki şəhər 3 saylı Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə keçirilən konsertdə bəstəkarın “Bir könül sındırmışam”, “Dalğalar”, “Sənsən”, “Səni tapdı”, “Səadət”, “Qızıl gülüm”, “Bir xumar baxışla”, “Yandım, elə yandım” və digər sevilən mahnıları səsləndirilib.